/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyənin daha bir tankı vuruldu

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD yaraqlıları Suriyada antiterror əməliyyatı keçirən Türkiyə Silahlı Qüvvələrinə məxsus tankı vurub. Misirin Sinay yarmadasında isə terrorçu qruplaşmanın liderlərindən biri məhv edilib.
Türkiyə ordusuna məxsus tank Suriyanın şimalında vurulub. Yaraqlıların nəzarəti altında olan ərazidən açılan atəş nəticəsində 3 türk əsgəri yaralanıb. Bu arada İŞİD terror qruplaşmasının liderlərindən biri Misir ordusuna məxsus pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində məhv edilib. Pilotsuz təyyarə Rəfah Şəhərinin yaxınlığında terrorçuya məxsus avtomobili atəşə tutub. Məhv edilən yaraqlının Naqeh Salami Burak oduğu bildirilr.
Suriyanın Hələb şəhərində isə terrorçu qruplaşmada ikinci şəxs sayılan Əl-Adnani adlı yaraqlı məhv edilib. Terrorçular tərəfindən paylaşılan videoyazılarda məhz onun qərbdə terror aktları törətməyə çağırış etdiyi bldirilir. Terrorçunun dəqiq ölüm tarixi haqda xəbər verilmir. Digər bir məlumata görə isə terrolrçunun əsil adı taha subhi fəllahadır. Qeyd edək ki, əvvəllər o, İraqda terrorçu qruplaşmalardan birinin tərkibinə döyüşüb. Daha sonra isə mühakimə edilərək, 6 il həbsxanada yatıb.
Bu arada Malayziyanın hüquq-mühafizə orqanları ölkədə müstəqillik günü ərəfəsində terror aktları planlaşdıran 3 işid üzvünü saxlayıb. Məlumata görə, qruplaşmanın rəhbəri Məhəmməd Vandi adlı şəxs olub. İşid üzvləri ticarət- əyləncə mərkəzləri, polis məntəqələri və dini məbədlərdən birinə hücum planlaşdırıblar. Saxlanılan zaman onların üzərilərindən odlu silah və qumbara götürülüb.

13:00 / 31.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 19581
Bu ay: 406954
Ümumi: 13231252
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın