/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ərdoğana sui-qəsd hazırlayan şəxsi həbsxanada öldürmək istədilər

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə yeni həbslər olub. Dövlət çevrilişinə qarşı ittiham olunan daha 4 sabiq nazirə isə ölkəni tərk etməmək barədə xəbərdarlıq edilib. Həmçinin Marmarisdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan dəstənin rəhbəri olduğu iddia edilən Akın Öztürkün olduğu həbsxanaya silah keçirmək istəyən şəxslər saxlanılıb. Fətullahçı terror təşkilatına qarşı əməliyyatlar zamanı daha onlarla adam həbs olunub. Terrorçulara maliyyə dəstəyi verən şübhəlilər arasında iş adamları, biznesmen və siyasətçilərin də olduğu 82 adamdan 48-i əməliyyatların ardından ədliyyə orqanlarına təhfil verilib. Hazırda bununla bağlı işlər davam etdirilir. Türkiyədə 4 sabiq nazirə qarşı cinayət işi açıla bilər. İstanbul prokuroru sabiq baş nazirin müavini Bülənt Arınc, sabiq Gənclər və İdman Naziri Suat Kılıç, sabiq Ədliyyə Naziri Sedulla Ergin və sabiq Təhsil Naziri Hüseyn Çelikin ölkəni tərk etməsinə dair qadağa qoyulmasını tələb edib. Sabiq nazirlər Fəthullah Gülənin hərəkatı ilə əlaqədə ittiham olunurlar. Türkiyənin Van bölgəsində də Fətullahçı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində ədliyyə orqanlarına təhfil verilən 114 nəfərdən 100 nəfəri barəsində həbs qərarı çıxarılıb. Şübhəlilərdən 6 nəfəri təhlükəsizlik müdiri, 6 təhlükəsizlik komandiri, 5 baş komissar, 18 komissar, 38 polis məmuru ilə 27 alim terror qruplaşmasına üzv olmaq və təşkilata yeni üzvləri cəlb etmək də ittiham olunaraq həbs olunub. 14 nəfər isə məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb. Türkiyədə Sincan həbsxanasının gözətçiləri həbsxana binasına gizli yollarla silah keçirmək istəyərkən saxlanılıblar. Sincan həbsxanasında Marmarisdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan dəstənin lideri olduğu iddia edilən Akın Öztürk və çevrilişdə iştirak edən digər yüksək rütbəli hərbçilər saxlanılır. Fətullahçı terror təşkilatının saxlanılan üzvlərini susdurmaq üçün hərəkətə keçdiyi iddia edilir.

13:00 / 04.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 997
Bu ay: 196538
Ümumi: 18394698
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın