/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Otelə hücum edənlər tutuldu

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinən və axtarışda olan hərbçilərin bir qrupu həbs edilib. Bu arada ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Cozef Danford Türkiyəyə gəlib. Bu gün Danfordu baş nazir Binəli Yıldırım qəbul edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən qiyamçı hərbçilərin hamısı saxlanılıb. Hərbçilərin Muğla vilayətində yaxalandığı bildirilir. Əməliyyatda xüsusi təyinatlılar iştirak edib.
Türkiyədə hərbi akademiya, lisey və kiçik zabitlərin hazırlanması üzrə məktəblərin fəaliyyəti dayandırılıb. "Resmi gazete"-də dərc olunan fərmana görə, ölkənin Müdafiə Nazirliyi nəzdində yeni Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universiteti peşəkar hərbi məktəb və kolleclərdən ibarət olacaq. Burada qərargah zabitləri, quru və dəniz, həmçinin Hərbi Hava Qüvvələri mütəxəssisləri hazırlanacaq. Almaniyanın Köln şəhərində on minlərlə türk Rəcəb Tayyib Ərdoğana dəstək mitinqinə toplaşıb. Aksiyada təqribən 40 min adam iştirak edib. Təşkilatçılar şəhərin Doyts rayonunda qurulan səhnəyə Türkiyə Cumhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün fotosunu asıblar. Nümayiş iştirakçıları dövlət çevrilişi cəhdi nəticəsində həyatını itirənlərin, həmçinin bu yaxınlarda Almaniya, Türkiyə və Fransada qeydə alınan terror aktları qurbanlarının xatirəsini 1 dəqiq sükutla yad ediblər. Mitinq zamanı Türkiyə prezidenti iştirakçılara canlı yayımda müraciət etmək istəyib. Laikn Almaniya Ali Məhkəməsi buna icazə verməyib. Aksiyanın sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mitinq iştirakçılarına müraciəti oxunub.

13:00 / 01.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 6187
Bu ay: 134809
Ümumi: 14269170
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın