/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

17 jurnalist həbs edilib

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinən 17 jurnalist həbs edilib. Bir çox media işçisinin vəsiqəsi ləğv olunub. Jurnalistləri İstanbul Prokurorluğu həbs edib. Bundan əvvəl saxlanılan 4 media işçisi isə sərbəst buraxılıb. Ölkədə 296 jurnalistin vəsiqəsi ləğv edilib. Onlardan 74 -ü müstəqil mətbuat orqanlarının əməkdaşlarıdır. Bununla da vəsiqələri ləğv edilən jurnalistlərin sayı 330 - a çatıb.
Türkiyədə son günlər ümumilikdə 66 736 nəfər vəzifəsindən kənarlaşdırılıb. Həmin şəxslər uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində cəzalandırılıb. "Bu günədək istintaq tədbirləri çərçivəsində 18 044 nəfər saxlanılıb". Bunu türkiyənin daxili işlər naziri Efkan Ala «TRT» kanalına verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, şübhəlilərdən 9 677 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. Nazir həmçinin hazırda 49 211 ölkə vətəndaşının pasportunun ləğv edildiyini söyləyib. “Türk demokratiyasının deyil, qiyamçıların aqibətindən narahatlıq keçirənlər bizim dostumuz deyil”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Türkiyədə Fətullah Gülənin kitabları qadağan edilib. Bununla bağlı Bakırköy sülh cəza məhkəməsi hökm verib. Məhkəmənin qərarına əsasən, ölkədə terror təşkilatının lideri Fətullah Gülən tərəfindən yazılan kitablar, «CD», «DVD» və digər elektron materialların çapı, yayılması və satışına qadağa qoyulub.
Türkiyədə məcburi hərbi xidmət keçmə müddəti azaldılacaq. Məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək. Həmçinin jandarma baş komandanlığında ixtisarlar olacaq. Hərbi liseylərin isə bağlanacaq.
Bu arada, ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə səfər edəcək. Amerikalı general səfər çərçivəsində Ankarada bir sıra görüşlər keçirəcək və "İncirlik" hərbi bazasını ziyarət edəcək.

13:00 / 30.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 6214
Bu ay: 134836
Ümumi: 14269197
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın