/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Daha 117 hərbçi həbs olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə uğursuz dövlət çevrilişi cəhdinin ardından Ankarada aparılan istintaq çərçivəsində daha 117 hərbçi həbs olunub. 5 saat davam edən Türkiyə Ali Hərbi Şurasının iclasında bir neçə qərar qəbul edilib. Toplantı ilk dəfə olaraq Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi altında Çankaya köşkündə baş tutub. Bağlı qapılar arxasında keçirilən iclasa həmçinin milli müdafiə naziri Fikri Işık da ilk dəfə qatılıb. Baş nazir, nazir və generallar iclasdan əvvəl Anıtqəbir muzeyini ziyarət edib və ilk dəfə olaraq ziyarət əsnasında şuranın üzvlərinin yanında zabitlər yer almayıb. Şuranın qəbul etdiyi qərar ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqlənib. Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.
General Yaşar Gülər jandarma qüvvələrinə yeni komandan təyin edilib. Quru Qoşunların qərargah rəisi general İhsan Uyar və Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı yanında hərbi doktrina və hərbi təhsil idarəsinin rəisi general Kamil Başoğlu isə istefa verib. Qeyd olunan generallar Ali Hərbi Şuranın üzvü olublar. Qeyd edək ki, hökumətin qərarı ilə 149-u general və admiral olmaqla, 1684 zabit hərbi çevrilişə cəhdə görə ordu sıralarından xaric edilib.
Fetullahçı terror təşkilatının dövlət çevrilişi cəhdinin ardından Ankara Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan daha 117 hərbçi həbs olunub. Digər 18 hərbçinin məhkəmə prosesi sabah davam etdiriləcək. Həbs olunan hərbçilər arasında prezident qvardiya alayının zabitləri də var.

13:00 / 29.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 22846
Bu ay: 128118
Ümumi: 14262479
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın