/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada amnistiya elan edildi

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada vəziyyət gərgin olaraq qalır. Prezident Bəşər Əsəd təslim olmaq istəyən yaraqlılar üçün amnistiya haqqında fərman imzalayıb. Rusiya isə Suriyanın Hələb şəhərində humanitar əməliyyata başlayıb Suriyanın şimal-şərqində yerləşən Kamışlı qəsəbəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb. Bundan əvvəl 45 nəfərin öldüyü, 170 - nin yaralandığı bildirilirdi. Xatırladaqki, kürd silahlı birləşmələrinin nəzarəti altında olan Kamışlı qəsəbəsində minalanmış yük maşını partladılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. İŞİD və «Cəbhət ən nüsrə» terror qruplaşmasının döyüşçüləri gün ərzində Suriyanın Hələb, Dəməşq və Latakiya əyalətlərini atəşə tutub. Məlumata əsasən terrorçular hücum zamanı kustar üsulla hazırlanmış artilleriya və mina mərmilərindən istifadə edib. Suriyada yaxın 3 ay ərzində silahı yerə qoyaraq hökumətə təslim olan terrorçular əfv ediləcək. Bununla bağlı Suriya prezidenti Bəşər Əsəd fərman imzalayıb. Bu arada Rusiya Suriyanın Hələb şəhərində humanitar əməliyyata başlayıb. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib. Bildirib ki, Suriya hökuməti ilə birgə keçirilən əməliyyatın məqsədi hələb şəhərinin dinc əhalisinə yardım çatdırmaqdir. Nazirin sözlərinə görə, şəhərdən çıxmaq üçün 4 dəhliz yaradılacaq. Onlardan üçü dinc sakinlər, digəri isə silahı yerə qoyacaq döyüşçülər üçün nəzərdə tutulub. Nazir əməliyyatın Rusiya prezidenti Vladimr Putinin tapşırığına uyğun olaraq keçirildiyini bəyan edib.

19:00 / 28.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 4
Bu gün: 15346
Bu ay: 429169
Ümumi: 12607556
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın