/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ali Hərbi Şuranın iclası keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə Ali Hərbi Şurasının iclası keçirilib. Jandarma baş komandanlığı və sahil mühafizə komandanlığı Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən çıxarılıb. Ali hərbi şurasının toplantısı ilk dəfə olaraq Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi altında baş tutub. İclasa həmçinin milli müdafiə naziri Fikri Işık da ilk dəfə qatılıb. Məlumata görə, toplantıda Türkiyə Silahlı Qüvvələrində təltif və təyinatlarla yanaşı, fətullahçı terror təşkilatının uğursuz dövlət çevrilişi cəhdi də ətraflı şəkildə müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra mühüm qərarlar qəbul olunacağı gözlənilir. Toplantı əvvəlki illərdən fərqli olaraq bir gün olacaq və qərarlar ölkə prezidentinin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq. Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb. Qəbul edilən qərara əsasən jandarma baş komandanlığı və sahil mühafizə komandanlığı silahlı qüvvələrdən alınaraq Türkiyə Daxili İşlər Nazirliyinin sərəncamına verilib. Gülhanə Hərbi Tibb Akademiyasının isə Silahlı Qüvvələrdən alınaraq Türkiyə Səhiyyə Nazirliyinin tabeliyinə veriləcəyi bildirilir. Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılanlardan ikisi səfirdir. Çavuşoğlu, həmçinin deyib ki, Türkiyənin Kazandakı baş konsulluğunun bir əməkdaşı Yaponiyaya qaçıb. Nazir Türkiyə Xarici İşlər Nazirliyində təmizləmələrin davam edəcəyini də söyləyib. Türkiyədə şəhər mərkəzlərindən ağır zirehli texnikalar çıxarılacaq. Məlumata görə, şəhər mərkəzlərindəki tanklar və digər zirehli texnikalardan ibarət hərbi hissələr ölkənin sərhəd bölgələrinə köçürüləcək. Türkiyə polisi isə iriçaplı silahlarla təchiz ediləcək. Bu barədə türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, Türkiyədə əvvəllər də polislərdə iriçaplı silahlar olub.

19:00 / 28.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 9016
Bu ay: 260479
Ümumi: 14394840
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın