/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya təyyarəsinin vurulması təkrar araşdırılacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı həbslər davam edir. Parlamentdə çevriliş cəhdinin araşdırılması üçün xüsusi komissiya yaradılacaq. Paytaxt Ankarada isə şəhərin simvolu sayılan meydana - 15 iyul Qızılay Demokratiya Meydanı adı verilib.
Türkiyədə Baş Prokurorluğun açdığı cinayət işi çərçivəsində saxlanılan 54 hərbçi ilə 8 hakim və prokuror həbs olunub. Həmçinin ali hərbi məhkəmənin 4 üzvü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Türkiyə Böyük Millət Məclisi dövlət çevrilişi cəhdini araşdırmaq üçün xüsusi komissiya yaradacaq. Komissiya 15 nəfərdən ibarət olacaq. Araşdırmalar üçün komissiaya üç ay vaxt veriləcək.
Türkiyənin paytaxtı Ankara şəhərinin simvolu sayılan meydanın adı dəyişdirilir. Qızılay meydanı kimi tanınan ərazi 15 iyul Qızılay Demokratiya Meydanı adlandırılacaq. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin qarşısındakı silahlı qüvvələrin baş qərargah qovşağının adı 15 iyul şəhidlər meydanı olacaq. Hər iki ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacaq. "Fətullah Gülən 5 ölkəyə qaça bilər". Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, Fətullah Gülənin Türkiyəyə gəlməmək üçün qaçmağa çalışdığı istiqamətlərlə bağlı kəşfiyyat məlumatları var: "Gülən Misir, Kanada, Meksika, Avstraliya və Cənubi Afrika Respublikasına qaça bilər. Bu məsələ ilə bağlı tədbirlər görürük, zəruri sənədləri hazırlayırıq və ABŞ-a təqdim edəcəyik". O bildirib ki, Türkiyə Gülənin ekstradisiyası üçün ABŞ-a zəruri cinayət materiallarını göndərib və araşdırma müddətində onun həbsdə saxlanılmasını tələb edib. ABŞ Fətullah Gülənin Ekstradisiyasına dair Ankaranın təqdim etdiyi sənədləri nəzərdən keçirməkdə davam edir. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bildirib. “Bu məsələ ilə bağlı məndə heç-bir məlumat yoxdur. Bizə sənədlər təqdim olunub, onları nəzərdən keçiririk. Bu, ekstradisiya razılaşmasına uyğun şəkildə aparılan hüquqi bir prosesdir”, - deyə trüdo bildirib.
Rusiyanın «Su-24» qırıcısının vurulması barədə qərar türkiyəli pilot tərəfindən qəbul edilib. Bu barədə jurnalistlərlə görüş zamanı Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib. Qeyd edib ki, hərbçilərə müəyyət vəziyyətlər zamanı qərar qəbul etmək hüququn verilməsinə dair qayda mövcudur. "Türkiyənin heç vaxt Rusiyaya qarşı düşmənçilik hissi olmayılb və olmayacaq", - deyə baş nazirin müavini diqqətə çatdırıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak isə bildirib ki, Rusiyaya məxsus “Su-24” döyüş təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.

13:00 / 27.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 22574
Bu ay: 127846
Ümumi: 14262207
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın