/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Boğaziçi körpüsünün adı dəyişdiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

İstanbulun Boğaziçi körpüsünün adı dəyişdirilərək "15 iyul şəhidlər körpüsü" adlandırılacaq. Buna dair qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalın isə Rəcəb Tayyib Ərdoğanın müxalifət partiyalarının liderləri ilə görüşünün nəticələrini açıqlayıb.
Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalın dövlət başçısı ilə partiya liderləri arasında keçirilən görüşü şərh edib. O, Rəcəb Tayyib Ərdoğanın keçirilən görüşdə partiya liderlərinə dövlət çevrilişi cəhdi ilə bağlı demokratiya, azadlıq və hüququn aliliyi prinsipləri məsələsində açıq-aydın mövqe nümayiş etdirdiklərinə görə təşəkkür etdiyini bildirib. "Oxşar problemlərin tamamilə həlli üçün siyasi dialoq mexanizmlərindən faydalı şəkildə istifadə edilməsi barədə ortaq mövqe əldə olunub", - deyə Kalın bildirib. Qeyd edək ki, görüş 2 saat 40 dəqiqə çəkib. Cümhuriyyət Xalq Partiyasının yaydığı açıqlamada görüşün gələcəkdə Türkiyədə normal siyasətin aparılması və qarşıda atılacaq addımlar baxımından faydalı olduğu bildirilib. Türkiyənin İstanbul şəhərinin Boğaziçi körpüsünün adı "15 iyul şəhidlər körpüsü" olaraq dəyişdirilib. Bu barədə Nazirlər Kabinetinin iclasından sonra Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib. Binali Yıldırım qeyd edib ki, iclasda bir neçə vacib qərar qəbul edilib. Onlardan biri də Türkiyədə jandarm qüvvələrinin və sahil mühafizəsinin Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsidi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın «ARD» telekanalına verdiyi müsahibədə uğursuz dövlət çevrilişi cəhdi barədə danışıb. O, ölkədə ölüm hökmünün bərpasının əhalinin istəyi olduğunu bildirib. "Sadəcə Avropa İttifaqına üzv ölkələrdə ölüm hökmü yoxdur, amma bundan başqa dünyanın, demək olar ki, əksər ölkəsində edam cəzası tətbiq edilir". Deyə Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştiraka görə yaxalanan hərbçilərin sayı 7-yə çatıb. Hazırda 10 qiyamçı hərbçinin axtarışları davam etdirilir.

13:00 / 26.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 22820
Bu ay: 128092
Ümumi: 14262453
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın