/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Prezidentə sui-qəsddə iştirak edən zabit həbs olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştirak edən zabitlərdən biri həbs edilib. Türkiyədə hüquq-mühafizə orqanları FETO terror təşkilatının rəhbəri Fətullah Gülənin köməkçisini saxlayıblar.
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştirak etmiş zabitlərdən biri həbs edilib. Bu dövlət başçısının qaldığı otelə hücum zamanı helikopterdə olmuş və əməliyyat zamanı yaralanmış kapitan Haldun Gülmezdı. İzmirdəki xəstəxanada müalicəsi başa çatdırılan hərbiçi polisin müşayiəti ilə Muğlaya gətirilib. Hakim qarşısına çıxarılan Gülmez həbs edilərək İzmirdəki cəzaçəkmə müəssisəsinə göndərilib. Bu arada, dövlət çevrilişinə cəhd etməyə çalışmış bəzi sui-qəsdçilərin Bodrumda gizlənməsi haqda hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Hazırda hərbçilərin gizləndiyi güman edilən ərazidə xüsusi əməliyyat keçirilir. Türkiyənin Diyarbəkir vilayətində isə 37 jandarm zabiti həbs edilib. Həbs edilənlər arasında vilayətin jandarm komandiri, polkovnik Hasan Ceyhun da var.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Silahlı Qüvvələrin baş qərargah rəisi, general Hulusi Akar arasında görüş keçirilib. Görüş 2 saat 30 dəqiqə davam edib. Bu dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğanla Hulusi Akar arasında ilk görüşdür. Onların hansı məsələləri müzakirə etmələri barədə hələlik hər hansı açıqlama verilmir. Türkiyədə FETO terror təşkilatının rəhbəri Fətullah Gülənin köməkçisi saxlanılıb. Bildirildiiyinə görə, halis Hanci Gülənin sağ əli hesab olunur. Onun dövlət çevrilişi cəhdindən iki gün əvvəl Türkiyəyə gəldiyi ehtimal edilir.

13:00 / 25.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 3863
Bu ay: 238768
Ümumi: 14373129
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın