/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Almaniyada gənginlikdir

Şriftin ölçüsü:  11px13px15px17px

Almaniyada vəziyyət gərgin olaraq qalır. Ansbah şəhərində yerləşən restoranlardan birində partlayış baş verib. Roytlinqen şəhərində isə 21 yaşlı suriyalı qaçqın soyuq silahla insan kütləsinə hücum edib. Xəsarət alanlar var. Bu arada xüsusi təyinatlılar Münhendəki ticarət mərkəzində atışma törədən şəxsin 16 yaşlı dostunu saxlayıb.
Ansbahda, restoranda törədilən partlayış nəticəsində bir nəfər ölüb, 14 - ü isə yaralanıb. Hadisə nəticəsində yaralananlardan üçünün vəziyyəti ağırdır. Həyatını itirən yeganə şəxsin isə elə terrorçunun özü olduğu bildirilir. Onun cəsədi üzərində içərisində partlaycı qurğunun olduğu bel çantası aşkarlanıb. Partlayışın baş verdiyi restoranın yaxınlığında musiqi festivalı keçirilib. Üç gün davam edən və 2500-dən çox adamın iştirak etdiyi tədbir bazar günü axşam başa çatıb. Hadisə yeri mühasirəyə alınıb və ora xüsusi təyinatlı polis dəstəsi, həmçinin təcili tibbi yardım briqadası cəlb edilib. Bavariyanın daxili işlər naziri ioahim herman da ansbax şəhərinə gəlib. Burada mətbuat konfransı keçirən nazir partlayışın Almaniya hökumətinin sığınacaq vermədiyi 27 yaşlı Suriya vətəndaşı tərəfindən həyata keçirildiyini bildirib. Nazir hadisənin terror aktı olmasını istisna etmədiklərini sözlərinə əlavə edib. Hadisə yerində cinayətkara məxsus obil telefon və çoxlu sayda metal əşyalar aşkarlanıb.»Biz ona məxsus mobil telefon tapmışıq.hazırda telefonun şifrələrinin açılması prosesi gedir.» - polisdən verilən məlumatda belə deyilir.
Roytlinqen şəhərində isə 21 yaşlı suriyalı qaçqının soyuq silahla insanlara hücumu nəticəsində xəsarət alanların sayı 5 - ə çatıb. Hadisə avtobus vağzalında baş verib. Məlumata görə Almaniyada sığınacaqla təmin olunan 21 yaşlı suriyalı bir ay əvvəl kafedə işə düzəlib. Müəssisənin rəhbərinin sözlərinə görə yeni işçi öz həmkarı ilə mübahisə edib və özünü çox qəribə aparıb. Daha sonra onu evə göndəriblər. Bir müddət keçdikdən sonra isə o, yenidən geri dönüb və qabyuyan qadınla mübahisə etməyə başlayıb. Onların mübahisəsi küçədə davam edib. Bir neçə vaxtdan sonra isə qadın ölmüş vəziyyətdə aşkarlanıb. Hadisəni törədən şəxs qaçaraq gizlənməyə cəhd etsə də , polislər tərəfindən saxlanılıb. Qadınıın tanışlarının məlumatına əsasən 45 yaşlı polşalı qadın təxminən 4 aylıq hamilə imiş. Digər məlumata görə ,cinayəti törədən suriyalı qaçqın bir il yarım əvvəl Hələbdən Almaniyaya gəlib. Məhəmməd adlı suriyalı spirtli içki və narkotik istifadəçisi kimi hüquq mühafizə orqan əməkdaşlarının nəzarətinə olub. Bu arada Almaniya xüsusi təyinatlıları Münhen şəhərindəki ticarət mərkəzində atışma törədən Əli Sonbolinin dostunu saxlayıb. Saxlanılan yeniyetmənin Sonbolinin planlarından xəbərdar olduğu və hüquq mühaizə orqanılarnı xəbərdar etmədiyi bildirilir. Bundan əlavə cinayətkarın dostu sosial şəbəkədə insanları hadisə yerinə gəlməyə çağırıb. Polislər həmin şəxsin Əfqanıstan əsilli olduğunu bildirib. Qeyd edək ki, Sonbolinin hücumu bir il ərzində planlaşdırdığı məlum olub. Lakin o, qurbanlarını xüsusi olaraq seçməyib. Almaniya hüquq mühafizə orqanı əməkdaşlarının məlumatına əsasən Münhendə atışma törədən şəxsin psixi problemi olub və hadisəni törədən gün imtahandan kəsilib. Xatırladaq ki,cinayətkarın ticarət mərkəzində açdığı atəş nəticəsində 9 nəfər həyatını itirib, 20 - dən çox insan isə xəsarət alıb. Sonboli sonda özünə qəsd edib.

13:00 / 25.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 25176
Bu ay: 462064
Ümumi: 12640451
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın