/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Çevriliş təhlükəsi qalır

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə həbslər davam edir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çevrilişə cəhd zamanı hücuma məruz qalan Böyük Millət Məclisinin binasını ziyarət edib. ABŞ - ın isə Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbəri olmayıb. Bunu ABŞ prezidenti Barak Obama keçirtdiyi mətbuat konfransında bildirib. Türkiyə hökuməti 10 856 nəfərin pasportunu ləğv edib. Bunu ölkənin daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, hazırda dövlət çevrilişinə cəhd göstərənlərdən 17 - si axtarışdadır. Həmin şəxslər Muğlada Türkiyə prezidentinin qaldığı hotelə basqın edənlərdir. Türkiyənin Anadolu Cümhuriyyət Prokurorluğu tərəfindən dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq tədbirləri çərçivəsində 102 hakim və prokurordan 64-ü həbs edilib. Onlar terror təşkilatına üzvlük, zorakılıq yolu ilə Türkiyə cümhuriyyətini devirməyə cəhd ittihamları ilə həbs edilib. Bu arada prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində deputatlar qarşısında çıxış edib. Dövlət başçısı bəyan edib ki, iyulun 16-a keçən gecə ölkədə hərbi yolla dövlət çevrilişinə cəhd edən şəxsləri Fətullah Gülən idarə edib. Ərdoğan əlavə edib ki, insanlar meydanları tərk etsələr çevriliş cəhdi təkrarlana bilər. Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün müvafiq sənədləri ABŞ-a təqdim etməlidir. Bu barədə ABŞ prezidenti Barak Obama Bildirib. Ağ ev rəhbəri əlavə edib ki, ekstradisiya barədə qərarı o deyil, Ədliyyə Nazirliyi və məhkəmə qəbul edir. Türkiyənin bir çox şəhərində isə mitinqlər davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Cümhuriyyət meydanında toplaşmış vətəndaşlar qarşısında çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon vasitəsilə əlaqə saxlayıb. Dövlət başçısı xarici işlər nazirinin telefonu vasitəsilə meydanda toplaşmış vətəndaşlara müraciət edib. Türkiyə prezidenti dövlət çevrilişinə cəhddən sonra ölkənin 81 vilayətində hər gecə insanların küçələrdə toplaşaraq demokratiyaya dəstək verdiklərini bildirib. **

13:00 / 23.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9174
Bu ay: 260637
Ümumi: 14394998
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın