/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Silahlı insidentin motivləri araşdırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 21 nəfər xəsarət alıb. Onlardan üçünün həyatı təhlükə altındadır. Hadisə ötən gün gecə saatlarrında Münhendə yerləşən Olimpiya Ticarət Mərkəzində baş verib. Məlumata görə silahlı şəxs ticarət mərkəzindəki aptekin yanında insanlara atəş açmağa başlayıb. Daha sonra o, ticarət mərkəzini tərk edərək yaxınlığdakı metro stansiyaya üz tutub. Polisin məlumatına görə, hadisəni törətmiş şəxs intihar edib. Onun cəsədi asayiş keşikçiləri tərəfindən müəyyən edilib. Polis hadisənin bir nəfər tərəfindən həyata keçirildiyini təsdiqləyib. Qeyd edək ki, bundan öncə atışmada 3 nəfərin iştirak etdiyi bildirilirdi. Cinayəti törədən şəxsin kimliyi də müəyyənləşdirilib. Polisin verdiyi məlumata görə, hadisəni törədən şəxs 18 yaşlı iran əsilli almaniya vətəndaşı olub. Onun ikili vətəndaşlığının olduğu bildirilir. Hələlik hadisənin motivləri tam məlum deyil. Münhen şəhər polisinin rəhəbəri Huberts Andre insanlara edilən hücumun terror aktı olub -olmadığının araşdırıldığını bildirib. Bu arada sosial şəbəkədə Münhendə atəş açan şəxsin ehtimal olduğu video yayılıb. Videonu çəkən şəxs Almaniyada ticarət mərkəzində atışma törədən şəxslə söhbət edir. Kadrlar ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil dayanacağında çəkilib. Baş verən hadisə ilə bağlı Almaniya kansleri Angela Merkel Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu barədə kanslerin nümayəndəsi məlumat verib.

13:00 / 23.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 254
Bu ay: 462576
Ümumi: 12640963
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın