/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Parlament razılıq verdi

Şriftin ölçüsü:  11px13px15px17px

"Türkiyədə 3 ay müddətində fövqəladə vəziyyət elan olunması haqqında" qanun layihəsi ölkə parlamenti tərəfindən qəbul edilib. Səsverməyə qatılan 461 millət vəkilindən sənədin lehinə 346, əleyhinə isə 115 nəfər səs verib. İyulun 15-i isə Türkiyədə şəhidlərin anım günü elan olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni dövlət çevrilişinə cəhd istisna edilmir. O, əlavə edib ki, indi hakimiyyət buna daha hazırlıqlı olacaq. Prezidentin sözlərinə görə, yeni dövlət çevrilişi cəhdinin iştirakçılarına öz məqsədlərinə çatmaq çətin olacaq, çünki hakimiyyət indi daha ayıq-sayıqdır. Ərdoğan qeyd edib ki, ölkə kəşfiyyatı qiyam ərəfəsində bir sıra xətalara yol verib. "aydındır ki, bizim kəşfiyyatda ciddi boşluqlar və çatışmazlıqlar olub, onları gizlətmək və ya inkar etmək mənasız olardı", - deyə Türkiyə prezidenti əlavə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində iyulun 15-nin Türkiyədə şəhidlərin anım günü elan edib.
Türkiyədə tezliklə Silahlı Qüvvələrin yeni strukturu açıqlanacaq, orduya yeni simalar gələcək. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, Silahlı Qüvvələr Müdafiə Nazirliyinin tabeliyinə verilə bilər. Kalın həmçinin əlavə edib ki, fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı qərb ölkələri tərəfindən tənqidlərin səsləndirilməsi ikili standartların açıq-aydın nümunəsidir. Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasın Aktay keçirtdiyi mətbuat konfransında bu günə kimi saxlanan və həbs edilən şəxslərin sayını açıqlayıb. Türkiyə-Rusiya münasibətlərinin pozulması hərbi çevrilişə cəhdin məqsədlərindən biri olub. Bu fikri hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, deputat Metin Külünk bildirib. Onun sözlərinə görə, Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması tələ, çevrilişə hazırlıq olub. ”, - deyə Külünk qeyd edib.

13:00 / 22.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 6453
Bu ay: 135075
Ümumi: 14269436
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın