/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyədə vəziyyət normallaşır

Şriftin ölçüsü:  11px13px15px17px

“Türkiyədə hərbi çevrilişə, cəhdin arxasında fətullahçı terror təşkilatı dayanır. Hazırda dövlət qurumlarının təmizlənməsi davam etdirilir» . Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun keçirdiyi mətbuat konfransında bildirib. Qeyd edib ki, çevrilişə cəhd edənlərin lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı sənədlər artıq Amerika Birləşmiş Ştatlarına təqdim edilib. Türkiyədə çevrilişə cəhd edən FETÖ terror qruplaşmasının təkcə Türkiyə daxilində deyil, ölkə xaricindəki strukturlarına qarşı mübarizə davam etdirilir. Terror qruplaşması ilə əlaqəsi olduğu güman edilən hər kəs Türkiyə polisi tərəfindən göz altına alınıb və onlar ciddi sorğu sual ediləcək. Artıq çevriliş cəhdində iştirakı sübuta yetirilənlər həbs olunub. Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması üçün də bütün lazımi addımlar atılır. Səfir onu da bildirdi ki, Türkiyədə baş verən hadisələrdən müəyyən qruplar və ölkələr öz maraqları üçün yararlanmağa çalışsa da, bunun qarşısı alınıb. Səfir bildirdi ki, gərgin anların yaşandığı son günlər ərzində Azərbaycan xalqı və dövləti daim Türkiyənin yanında olub və öz dəstəyini əsirgəməyib. “Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır. Türkiyə kimi böyük bir dövləti yıxmaq asan deyil». Deyən səfir İsmayıl Alpər Coşqun ölkədə vəziyyətin artıq normallaşmağa doğru getdiyini bildirdi.

Vüsal Qaraca

19:00 / 21.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 7235
Bu ay: 68379
Ümumi: 17288832
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın