/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyədə gərginlik davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclası keçirilib. 5 saata yaxın davam edən iclasda Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra ölkədəki vəziyyət müzakirə olunub və bir çox qərar qəbul edilib.
Dövlət çevrilişinə cəhdin ardınca Türkiyədə başlanan həbslər saxlanılanların sayınının çox olmasına baxmayaraq davam etdiriləcək. Bunu Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O, həmçinin qeyd edib ki, terror təşkilatının rəhbəri Fətullah Gülənin ekstradisiyasından imtina etmək Vaşinqton üçün böyük səhv olacaq. Ərdoğan bildirib ki, Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan olunacaq.
Ölkədə 3 ay ərzində fövqəladə vəziyyətin elan edilməsi barədə qərar Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra qüvvəyə minəcək. Fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətləri artacaq, təhlükəsizlik qüvvələri valilərin təlimatı ilə hərəkət edəcək. Ərdoğanın açıqlaması ölkənin böyük şəhərlərində meydanlarda quraşdırılmış ekranlarda yayımlanıb. Prezidenti dəstəkləmək üçün Türkiyədə hər gün minlərlə insan küçələrə çıxır. “Fövqəladə vəziyyətlə bağlı qərar xalqımızın gündəlik həyatına yönəlməyib”. Bu barədə Türkiyə baş naziri Binali Yıldırım özünün “tvitter” səhifəsində yazıb. O bəyan edib ki, fövqəladə vəziyyətin tətbiqi dövlət mexanizminin nizamlanması və sürətləndirilməsinə yönəlib. Baş nazir həmçinin vətəndaşları meydanlardan çəkilməməyə çağırıb. Türkiyə Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 626 təhsil müəssisəsi bağlanacaq. Onlardan 524-ü özəl məktəbdir. Nazirlik həmin təhsil müəssisələrini ölkənin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham edir və qapadılmaları istiqamətində araşdırmalara başlayıb. Milli Təhsil Nazirliyinində isə daha 6 538 məmuru vəzifəsindən kənarlaşdırılıb. Bundan əvvəl nazirliyin mərkəzi və əyalət təşkilatlarında çalışan 15 200 əməkdaşı, həmçinin özəl məktəblərdə dərs deyən 21 min müəllim vəzifəsindən kənarlaşdırılıb. Ümumilikdə təhsil sistemində vəzifədən uzaqlaşdırılanların sayı 42 738 nəfərə çatıb. Türkiyədə hərbi prokurorluq və hərbi məhkəmə sistemində çalışan bütün şəxslər haqqında təhqiqat başlayıb. Dövlət çevrilişi cəhdindən sonra Milli Müdafiə Nazirliyində çalışan 262 hərbi hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb. Bu arada Türkiyə sahil mühafizəsinə məxsus iki kater Yunanıstanın ərazi sularına keçməyə cəhd göstərib. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki "F-16" təyyarəsi onların saxlanılması istiqamətində əməliyyata cəlb olunub.

13:00 / 21.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 7851
Bu ay: 68995
Ümumi: 17289448
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın