/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Sənədlər ABŞ - a göndərilib

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ prezidenti Barak Obamayla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest ənənəvi brifinqində məlumat yayıb. Türkiyədə isə çevriliş cəhdi ilə bağlı həbslər davam edir. Ölkədə artıq 50 minə yaxın insan vəzifəsindən uzaqlaşdırılıb.
Ağ evin mətbuat katibi Coş Ernestin verdiyi məlumata görə, Türkiyə Fətullah Gülənlə bağlı materialları ABŞ-a elektron formada göndərib. O, əlavə edib ki, ABŞ-ın Ədliyyə Nazirliyi və Dövlət Departamenti bu materialları iki ölkə arasında 30 ildir mövcud olan ekstradisiya tələbləri çərçivəsində araşdırır. "Barak Obama bildirib ki, ABŞ demokratik yolla seçilmiş hökumətləri devirməyə cəhd göstərənləri dəstəkləmir. Əgər Türkiyə hökumətindən rəsmi sorğu alsaq, ekstradisiya barədə qərar ABŞ qanunvericiliyində və Birləşmiş Ştatlarla Türkiyə arasında 30 il əvvəl imzalanmış leqal proses çərçivəsində müzakirə olunacaq" - deyə Ağ ev sözçüsü bildirib. Bu gün Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumət üzvlərinin toplantısı keçiriləcək. İclasda dövlət çevrilişinə cəhddən sonra atılacaq addımlar və digər məsələlər müzakirə ediləcək. Qeyd edək ki, bu gün həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. İstanbul Cümhuriyyət Prokurorluğunda dövlət çevrilişinə cəhdlə bağlı məhkəməyə verilmiş 21 hakim və prokuror həbs edilib. Məhkəməonların "Silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbsinə qərar verib. Bununla yanaşı, 31 hakim və prokuror barədə da məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilib. Digər hakim və prokurorların dindirilməsi davam edir. Anadolu Cümhuriyyət Prokurorluğu isə daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edib. Türkiyə jandarma qüvvələrinin komandanı Qalip Mendi vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə general-polkovnik İbrahim Yaşar təyin edilib. Bununla yanaşı ölkənin İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib. Onlar fətullahçı terror təşkilatı ilə əlaqədə şübhəli bilinirlər. Eyni zamanda, bankları tənzimləmə və nəzarət qurumunda FETÖ ilə əlaqədə şübhəli sayılan 86 nəfər vəzifəsindən kənarlaşdırılıb. Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ümumilikdə 49 321 məmur işdən azad edilib. Onlırın arasında Türkiyə Nazirlər Kabineti, Daxili İşlər, Milli Təhsil, Maliyyə, Ailə və Sosial Siyasət Nazirliklərinin, Dini İşlər İdarəsinin, Milli İstihbarat Təşkilatının və enerji bazarını tənzimləmə qurumunun əməkdaşları var. Bu arada dövlət çevrilişinə cəhdlə bağlı vəzifəsindən uzaqlaşdırılmış Manisa vilayətinin Ahmetli rayon rəhbəri Necmi Akman intihar edib. Keçmiş məmur mühafizə polisinin tapançasıyla öz başına atəş açıb.

13:00 / 20.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 8054
Bu ay: 69198
Ümumi: 17289651
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın