/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Dinc əhali aviyasiya hücumuna məruz qaldı

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada vəziyət gərgin olaraq qalmaqdadır. Hələbdə dinc sakinlərin bombalanması nəticəsində xeyli sayda insan həlak olub. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın zərbələri nəticəsində 100-dən çox dinc sakin həlak olub. Faciə Hələb əyalətində baş verib. Suriyada İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiyanın zərbələri səhvən Hələbin Ət-Tauhar kəndinə endirilib. Ölənlərin sayının artacağı istisna edilmir.
Bundan başqa koalisiya aviyasiyası Suriyanın Manbic şəhərinə də zərbələr endirib. Nəticədə ən azı 56 dinc sakin həyatını itirib. Məlumata görə ölənlər arasında 11 uşaq var. Onlarla insan isə ağır yaralanıb.qeyd edək ki, Manbicdə İŞİD terror qruplaşmasının döyüşçüləri ilə «Suriyanın demokratik qüvvələri» arasında şiddətli döyüşlər bir aydır ki, davam edir.
Manbicdə İŞİD-ə hücumda kürd dəstələrinə kömək edən 3 amerikalı hərbçi öldürülüb. Daha bir amerikalı hərbçi isə raket hücumu zamanı yaralanıb. Bu arada «Nurəddin Əz-Zinki» qruplaşmasının döyüşçləri Suriyada uşağın başını kəsiblər. Balaca oğlan Hələbdə ələ keçirilib. Döyüşçülər uşağı Bəşər Əsəd rejimini dəstəkləməkdə ittiham edib. Daha sonra onun başını kəsiblər. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bəyan edib ki,əgər həqiqətən də, bu fakt öz təsdiqini taparsa Birləşmiş Ştatlar həmin qruplaşmaya dəstək verməyi dayandıracaq.

13:00 / 20.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 6434
Bu ay: 415850
Ümumi: 13905466
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın