/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyədə həbslər davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilən daha 7 hərbçi barəsində həbs qərarı verilib. Bu arada roəsmi Ankara Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək. Bu məsələni müzakirə etmək üçün xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək.
Hərbi çevrilişə cəhddə ittiham edilərək saxlanılan 7 hərbçinin arasında komandanlar - ordu generalı Adem Huduti, general-mayor Avni Angun, general-mayor Emin Ayık və general-mayor Mustafa Serdar Sevgili də var. Hərbçilər məhkəmə zalında həbs edilərək həbsxanaya göndəriliblər. Çevrilişə cəhd zamanı ərdoğanın qaldığı otelə hücum edən 14 hərbçi də saxlanılıb. Bursada 45 hakimin çevrilişdə iştirakı ilə bağlı məhkəmə işi başlayıb. Ümumilikdə son günlər ərzində 7500 nəfər saxlanılıb. Onların arasında 2015-ci ildə rusiyanın su-24 təyyarəsini vuran iki pilot da var. Daha 13 500 nəfər tutduqları vəzifədən uzaqlaşdırılıb. Onların arasında hakimlər, polis əməkdaşları və dövlət qulluqçuları var. Türkiyə prezidenti baş verənlərlə bağlı xalqa müraciət edib. O, vətəndaşlara təşəkkür edərək bildirib ki, 15 iyulda baş verən hadisələr bütün xalqa qarşı xəyanətdi. Çevrilişdə iştirak edən hərbçiləri isə terrorçu adlandırıb. Ərdoğan bildirib ki, bütün qurumlarda təmizlik işləri aparılacaq və dövlətə qarşı çıxanlar cazalandırılacaq. Prezident əlavə edib ki, çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq, önəmli qərarlar açıqlanacaq. Onu da vurğalayıb ki, yaxın günlərdə ölkənin Ədliyyə Nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 19-da ABŞ-a səfər edəcək. Gözlənilir ki, səfər çərçivəsində hərbi çevrilişin təşkilində ittiham olunan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq. Ərdoğan son günlər çoxlu sayda müzakirələrə və Avropa İttifaqının narahatlığına səbəb olan ölüm hökmünün bərpası məsəəsinə də aydınlıq gətirib. Bildirib ki, parlament qərar qəbul etsə, prezident onu imzalayacaq.
ABŞ isə Türkiyədə baş verənlərlə bağlı öz narahatlığını bildirib. "Türkiyənin demokratik prinsipləri pozan hərəkətləri ölkənin NATO-da üzvlüyünü itirməsinə gətirib çıxara bilər." bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib. Deyib ki, abş türkiyənin seçilmiş rəhbərliyini dəstəkləyir. Türkiyə hökumətini isə qanuna hörmətlə yanaşmağa çağırır. Bu arada, Türkiyənin bir çox şəhərində prezident Ərdoğanı dəstəkləyənlərin mitinqləri davam edir. Onlar «Dik dur əyilmə, bu millət səninlə», «Rəcəb Təyyip Ərdoğan» və diqər şüarlar sələndiriblər. İnsanları meydana çağıran rəsmilər onların ictimai nəqliyyatdan pulsuz istifadə etməsinə şərait yaradıblar. Bütün sutka ərzində avtobusların, metro ve metrobüsün fasiləsiz və ödənişsiz əsasla işləməsi haqqında qərar verilib.

13:00 / 19.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 11653
Bu ay: 426882
Ümumi: 17196215
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın