/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Dövlət çevrilişinə cəhdin qarşısı alındı

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gecə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Bir qrup hərbçi səlahiyyətlərindən sui-istifadə edərək bir neçə dövlət qurumlarını ələ keçirib. Nəticədə polislə ordu arasında silahlı qarşıdurma yaranıb. Ən son məlumatlara görə, toqquşma nəticəsində 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb. Qiyamçılar Ankarada prezident sarayının ətrafını hərbi aviasiyadan atəşə tutublar. Türkiyə Böyük Millət Məclisinin binasına isə ard-arda 3 bomba atılıb. Həmçinin jandarma komandanlığının binası və Akıncı hərbi bazası da ələ keçirilib, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar isə girov götürülüb. Lakin hökuməti dəstəkləyən polis xüsusi təyinatlılarının cavab tədbirləri nəticəsində Akıncı hərbi bazası, jandarma komandanlığının binası və baş qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib. Bəzi xəbər agentlikləri gecə vaxtlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi olduğunu da yazır. Bildirilir ki, Ərdoğan marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub. Hadisə Türkiyə prezidenti binanı tərk etdikdən təxminən 45 dəqiqə sonra baş verib. 4 hərbi helikopter otelin üstünə enib, təxminən 40-a yaxın əsgər enib. Helikopterlər uzaqlaşdıqdan sonra hərbçilər otelin divarlarını güllələyiblər. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb. Türkiyənin Milli İstihbarat Təşkilatının yaydığı bəyanatda isə ölkədə baş vermiş qiyam cəhdinin yatırıldığı bildirilir. Qurumun mətbuat müşaviri nuh yılmaz deyib ki, qiyamın iştirakçısı olanlar "Vətənə xəyanət" maddəsilə məsuliyyətə cəlb olunacaqlar. Dövlət çevrilişi zamanı bağlanan Boğazçı körpüsü də qismən açılıb. İstanbulun Atatürk Hava Limanı da öz işini bərpa edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İstanbula gələrək hava limanında bəyanat verib. Ordu rəhbərliyinə səslənən Ərdoğan onların millətin dəyərlərinə sahib olduqlarını, vətənə xəyanətin ağır cəzasını tapacağını bildirib. Baş nazir Binəli Yıldırım isə vətəndaşlara müraciət edərək meydanları boşaltmamalarını istəyib. O, xüsusilə İstanbul və Ankaradakı vətəndaşları meydanlara toplaşmağa çağırıb. Baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 1374 nəfər saxlanılıb. Bəzi hərbi birliklərdə əsgərlər çevrilişçi hərbçilərin rütbə nişanlarını sökərək, onları polisə təhvil verib. Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilib. Keçmiş hava qüvvələrinin generalı Akın Öztürk ilə quru qüvvələri təlim və doktrin komandiri xəbərləşmə və dəstək təhsil komandiri general-leytenantı Mətin İyidil haqqında vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırılıb. Yerli mətbuatın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin baş qərargahının binasından çıxan 200-ə yaxın silahsız hərbçi isə polisə təslim olub. Hazırda baş qərargah binasında qalan qiyamçılvara qarşı əməliyyata hazırlıq görülür. Türkiyədə baş verənlərlə əlaqədar artıq beynəlxalq reaksiyalar da var. Dövlət katibi Con Kerri ilə telefon əlaqəsi yaradan ABŞ prezidenti Barak Obama Türkiyənin demokratik yollarla seçilmiş prezidentinin dəstəklənməli olduğunu bəyan edib. Bu barədə Ağ Evin Türkiyədə son hadisələrlə bağlı bəyanatında qeyd edilib. Rusya xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, Türkiyədəki hadisələri diqqətlə izləyirlər. “Ölümlərə səbəb olan istənilən qarşıdurmalardan uzaq durmalı və bütün problemlərin konstitusiya çərçivəsində həll olunması lazımdır”.- deyə nazir bildirib. BMT baş katibi Ban Ki-Mun isə tərəfləri təmkinli olmağa çağırıb. Baş katibin adından yayılan bəyanatda BMT-nin hadisələri yerində aydınlaşdırmaq niyyətində olduğu vurğulanır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini də Türkiyədə baş verən son hadisələrlə əlaqədar tərəfləri “Təmkinlilik nümayiş etdirməyə və demokratik təsisatlara hörmət etməyə” çağırıb. Türkıyənın Azərbaycandakı səfırlıyı son hadısələrlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Türkiyədə baş verən hadısələr xalqın seçdıyı hökumətə qarşı edılən çevrılış cəhdıdır. «Mıllətımız bırlık və bərabərlık nümayış etdırərək buna qarşı çıxıb. Prezıdentımız və hökumətımız öz vəzıfələrını ıcra etməkdədır. Səfırlıyın açıqlamasında bildirilib ki, bu, Türk Sılahlı Qüvvələrının hamısının ıştırak etdıyı hadısə deyil. Türk Sılahlı Qüvvələrının daxılındəkı bır qrupun ışıdır və buna xalqımız tərəfındən cavab verılıb.

13:00 / 16.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 7985
Bu ay: 69129
Ümumi: 17289582
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın