/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qatarın qara qutusu tapılıb

Şriftin ölçüsü:  11px13px15px17px

İtaliyada qəzaya uğrayan qətarların qara qutularından biri tapılıb. Ekspertlər qəzaya səbəb ola bilən faktorları araşdırırlar. Qəza nəticəsində ölənlərin sayı 27 – yə çatıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən qəza ilə bağlı İtaliya prezidenti Sercio Mattarella və baş nazir Matteo Renziyə başsağlığı verib. Araşdırmalar zamanı məlum olub ki, qəzanın baş verdiyi ərazidə avtomatik məlumatlandırma və avtomatik əyləc sitemi yoxdur. Sistem hələ də stansiyadan daxil olan zənglər əsasında işləyir. «Qatarlardan biri o xəttə olmamal ıdı. Səhv baş verib. Biz bunun səbəbini araşdırmalıyıq»- dəmir yol polisinin nümayəndəsi belə deyib. Lakin qəzanın səbəbləri barədə rəsmi açıqlama verilməyib. Versiyalar arasında maşınistilərin səhvi da var. İtaliyanın baş naziri qəzanın baş verdiyi ərazidən qayıdandan sonra təcili iclas keçirib. Matteo renzi qəzanın səbəblərini araşdıracağına söz verib. Bildirib ki, hadisədə günahı olanların hamısı cazalandırılacaq. Hadisə ötən gün səhər saatlarında Alupiya əyalətində baş verib. Andriya və Korato şəhəri arasında hərəkət edən qatarlar eyni xətta çıxıaraq, toqquşublar. Son məlumatlara görə qəza nəticəsində 27 nəfər həlak olub. 50 nəfər yaralanıb. Ölənlərin arasında qatarlardan birinin maşınisti də var. Diqər maşınist isə ağır vəziyyətdə xəstaxanaya yerləşdirilib. Ekspertlərin sözlərinə görə toqquşma o qədər güclü olub ki, 8 vaqondan 3-ü taamilə dağılıb. Daha 4 vaqona isə ciddi zərər dəyib. Məlumata görə toqquşma zamanı qatarlar saatda 100-110 km sürətilə hərəkət ediblər. Xilasedicilər hadisə yerində gücə saatlarına kimi çalışıblar. İlk xislas edilən 6 yaşlı uşaq olub. Hazırda ikinci qara qutunun axtarışları gedir. Qəza ilə bağlı İtaliya prezidenti və baş nazirinin adına başsağlığı məktubları gəlməkdə davam edir.

19:00 / 13.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 8942
Bu ay: 158683
Ümumi: 14293044
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın