/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terror aktı ilə əlaqədər 30 nəfər saxlanılıb

Şriftin ölçüsü:  11px13px15px17px

İstanbulun Atatürk Hava Limanında terror aktını törədən terrorçular arasında Qırğızıstan, Tacikistan və Rusiya vətəndaşları var. Bu faktı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi müsahibədə təsdiqləyib. Türkiyə prezidenti bildirib ki, İstanbulda törədilən terror aktı ilə əlaqədər artıq 30 nəfər saxlanılıb. Qeyd edək ki, terror aktı ilə əlaqədər artıq 17 nəfərə qarşı ittihamlar iəli sürülüb. Onlar arasında 11 Rusiya vətəndaşının olduğu bildirilir. Xatırladaq ki, bazar günü daha 13 nəfərə qarşı ittihamlar irəli sürülmüşdü. Çeçenistan lideri Ramzan Kadırov Türkiyə hökümətindən terrorizmdə şübhəli bilinən əslən Çeçenistandan olan şəxsləri ölkəyə qaytarmağı xahiş edib. Xatırladaq ki, Atatürk Hava Limanında terror aktların planlaşdırılmasında əslən çeçenistanlı Əhməd Çatayev təqsirli bilinir. Bu arada, bu gün İstanbulda daha bir partlayış baş verib. Məlumata görə, naməlum şəxslər şəhərdəki hərbi hissənin ərazisinə əldəqayırma bomba atıblar. İnsident nəticəsində insan itkisi olmasa da, hərbi hissənin binasına zərər dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır.

19:00 / 05.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 8034
Bu ay: 69178
Ümumi: 17289631
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın