/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyədə sabitlik pozula bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Ankara ilə Moskva Suriya böhranı, kürd və Krım tatarları ilə bağlı fərqli mövqeləri bölüşsə də, tərəflər bu məsələlərdə dözümlülük nümayiş etdirəcəklər. Rusiyalı ekspertlər bu fikirdədirlər. 2 ölkə arasındakı barışığa gəlincə, Rusiyada hesab edirlər ki, durumu ABŞ və Avropanın Ankaraya verdiyi vədlərə əməl etməməsi və Türkiyə iqtisadiyyatının zəifləməsi amilləri diktə edib. Bununla belə, Dağlıq Qarabağ münaqişəsindən bu münasibətlərin yenidən korlanması üçün istifadə olunacağı istisna edilmir. Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko hesab edir ki, Rusiya Türkiyə ilə barışmağa məhkumdur. Bunu diktə edən coğrafi və qosiyasi vəziyyətdir ki, bu amillər 2 ölkə arasında dostluq və əməkdaşlığa xidmət etməlidir.
Aleksey Fenenkonun fikrincə, Dağlıq Qarabağ münaqişəsindən də Rusiya Türkiyə münasibətlərini korlamaq üçün istifadə edəcəklər.
Rusiyanın Türkiyədəki keçmiş səfiri Pyotr Steqniyin fikrincə, Suriya münaqişəsində Qərbin Türkiyəni aldatması və Yaxın Şərqdə vəziyyətin dəyişməsi Ankara Moskva yaxınlaşmasına səbəb oldu. Federasiya Şurasında Krımı təmsil edən Olqa Kovtidi isə hesab edir ki, Rusiya Türkiyə münasibətləri pozitiv istiqamətdə inkişaf edəcək. Çünki hər iki ölkə artıq qarşılıqlı olaraq zəif və güclü tərəflərə bələddir.
Rusiyada hesab edirlər ki, ABŞ-ın kürd muxtariyyətini yaratması, Suriya kürdlərini silahlandırması, Avropa İttifaqının Suriya qaçqınlarına görə Ankaraya təzminat verməməsi və Türkiyə iqtisadiyyatının zəifləməsi Ərdoğanın rusiyalı həmkarına məktub ünvanlamasına səbəb olub. Bununla belə, rusiyalı ekspertlərin fikrincə, Moskva ilə yaxınlaşma Qərbin Türkiyədə sabitliyi pozması ilə müşaiyət olunacaq.
Anar Həsənov

13:00 / 05.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 12063
Bu ay: 427292
Ümumi: 17196625
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın