/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Hava limanında terrorçular saxlanılıb

Şriftin ölçüsü:  11px13px15px17px

PKK yaraqlıları yenidən Türkiyədə terror aktı həyata keçirib. Bu arada Atatürk Hava Limanın yenidən həyəcan dolu anlar ykaşanıb. PKK yaraqlıları Kızıltəpədə körpünü partladıblar. Partlayış nəticəsində biri hamilə qadın olmaqla, üç mülki vətəndaş xəsarət alıb. Hadisə yerinə baxış keçirən mütəxəssislər minanın kustar üsullar hazırlandığını deyiblər. Körpünün üzərindən zirehli maşınlar keçəndən bir neçə saniyə sonra törədilən partlayışın hədəfi hərbi texnika olub. Nusaybində isə jandarm binası atəşə tutulub. Əsgərlərin cavabından sonra ərazidə atışma başlayıb. Bölgəyə əlavə qüvvələr göndərildikdən sonra terrorçular dağlıq əraziyə qaçıblar. Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb. Bu arada Atatürk Hava Limanında yenidən həyəcanlı anlar yaşanıb. Aeroportda İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən iki şəxs saxlanılıb. Qırğızıstan və Rusiya pasportları olan 25-35 yaşlı şəxslər İstanbula Ukraynadan gəliblər. Polisi şübhəliləri saxlayıb. Axtarış zamanı onların çantalarından 4 termal durbin, 3 hərbi geyim, başqa şəxslərə aid pasportlar və doğum haqqında sənədlər tapılıb. Şübhəlilərin İŞİD üzvü olduğu ehtimal edilir.

13:00 / 04.07.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 11091
Bu ay: 426320
Ümumi: 17195653
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın