/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Böyük Britaniya şoku

Şriftin ölçüsü:  11px13px15px17px

Böyük Britaniyalıların Avropa İttifaqından çıxmaq barədə qərarı müxtəlif reaksiyalar səbəb olub. Dünya liderləri və beynəlxalq təşkilatlar referendumun nəticələrinə münasibət bildiriblər. Avropa Parlamentinin rəhbəri Martin Şultz Böyük Britaniyanın qərarından sonra zəncirvari reaksiyaların başlamasına imkan verməmək üçün Almaniya kansleri Angela Merkellə müzakirə aparacaq. O, "Brexit"-in mənfi təsirlərinin olacağını desə də, digər ölkələrin bu təhlükəli yolla gedəcəyini düşünmədiyini söyləyib. "Böyük Britaniyanın tezliklə Avropa İttifaqından çıxması haqqında ərizə təqdim edəcəyini gözləyirik". Bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults və Avropa İttifaqına sədrlik edən Niderlandın baş naziri Mark Ryüttenin birgə bəyanatında vurğulanıb. Birləşmiş Krallığın müstəqillik partiyasınnı rəhbəri Naycel Farac diqər Avropa ölkələrini britaniyadan nümunə götürməyə çağırıb. Fransanın xarici işlər naziri Jan-Mark Eyro referendumun nəticələrindən pərişan olduğunu açıqlayıb. “Avropa İttifaqı fəaliyyət göstərməkdə davam edəcək. Lakin o, insanların etibarını yenidən qazanmalıdır.” –deyə nazir bildirib. "Britaniyalılar ölkələrinə nəzarəti özlərinə qaytardılar". Bunu isə ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. "Fikrimcə, bu, çox möhtəşəmdir, fantastikdir", - deyə hazırda Şotlandiyada səfərdə olan Donald Tramp jurnalistlərə bildirib. Avropa İttifaqının əsasını qoyan 6 ölkənin xarici işlər nazirləri iyunun 25-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun nəticələrini müzakirə edəcəklər. Almaniya, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq xarici işlər nazirləri Berlində bir araya gələcəklər.

19:00 / 24.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9246
Bu ay: 158987
Ümumi: 14293348
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın