/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD Parisdə qətl törədib

Şriftin ölçüsü:  11px13px15px17px

Parisdə terrorçu polis rəisi və onun həyat yoldaşını qətlə yetirib. Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Fransa paytaxtında İŞİD silahlısı yol polisi rəisinin müavinini və onun həyat yoldaşını qətlə yetirib. Naməlum şəxs polis əməkdaşını bıçaqlayıb. Sonra isə cinayətkar onun evinə soxulub. Və həyat yoldaşı ilə azyaşlı uşağını girov götürüb. Şahidlərin sözlərinə görə, hücum zamanı cinayətkar «Allahu əkbər» qışqırıb. Xüsusi əməliyyat nəticəsində qatil məhv edilib. Hadisə baş verən yerdə girov götürülən qadının meyiti tapılıb. 3 yaşlı uşağın isə sağ qaldığı bildirilir. İnsidentlə bağlı Fransa prezidenti Fransua Olland Yelisey sarayında toplantı keçirəcək.
Bu arada İraqda ordu qüvvələri İŞİD terror qruplaşmasının nəzarətində olan Əl-Fəllucə şəhərini azad etmək istiqamətində əməliyyat keçirir. İraq komandanlığı dinc sakinlərin şəhərdən çıxması üçün dəhliz açıb. Artıq 7 minə yaxın sakin şəhəri tərk edib. Hazırda Fəllucədə 50 minə yaxın insan qalıb. İŞİD dinc sakinlərdən canlı qalxan kimi istifadə edir. Bu barədə şəhəri tərk edən sakinlər məlumat verib. Onların sözlərinə görə, terrorçular şəhəri tərk etmək istəyənləri diri diri yandırır.
ABŞ isə ilk dəfə olaraq terrorçulara qarşı «Apaçi» döyüş helikopterindən istifadə edib. Bunu müdafiə naziri Eşton Karter bəyan edib. O, yaraqlıların İraqın Mosul şəhərindəki hədəflərinin vurulduğunu deyib. Qeyd edək ki, Mosul 2014-cü ildən İŞİD - ın nəzarəti altındadır.

13:00 / 14.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 14638
Bu ay: 336297
Ümumi: 11863065
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın