/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Axtarışda olan sonuncu 3 nəfərdə saxlanıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Qazaxıstanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı Aktobedə silahlı hücumda şübhəli bilinən üç nəfəri həbs edib. Hücumu təşkil edən silahlılarında məqsədi açıqlanıb. Qazaxıstanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı aktobedə silahlı hücumda şübhəli bilininən və axtarışa verilən sonnuncu üç nəfəri də yaxalaya bilib. Bu barədə respublikanın milli təhlükəsizlik komitəsi məlumat yayıb. "Görülən tədbirlər sayəsində soy adları Kuanışbayev, Tanatarov və Akpanbetov olan 3 nəfər saxlanılıb. Qaçmaq istəyən Zaman Akpanbetov ayağından odlu silah yarası alıb", - deyə rəsmi məlumatda bildirilir. Xüsusi əməliyyat zamanı saxlanılanlardan iyunun 5-də "Pallada" mağazasına hücum zamanı oğurlanan iki ədəd silah götürülüb.
İyunun 5-də Qazaxıstanın Aktobe şəhərində silah mağazalarına və hərbi hissəyə hücum edən terrorçuların məqsədi silah ələ keçirdikdən sonra dövlət orqanlarının inzibati binalarına hücum təşkil etmək olub. Bunu Aktobedə keçirilən mətbuat konfransında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrinin müavini Nurqali Bilisbekov bildirib. O deyib ki, terrorçulara anında reaksiya verilməsi və hüquq-mühafizə orqanlarının peşəkarlığı silahlıların niyyətlərinə çatmasının qarşısını alıb. Komitə sədrinin müavini aktobedə 9 cinayətkarın saxlanıldığını, 18 cinayətkarın öldürüldüyünü də söyləyib. Olayla bağlı terrorçulara qarşı açılan 25 cinayət işi bir cinayət işində birləşdirilib. Xatırladaq ki, iyunun 5-də bir qrup silahlı şəxs Aktobedə iki silah mağazası və bir hərbi hissəyə hücum edib. Nəticədə 7 nəfər öldürülüb, 40 nəfərdən çox insan yaralanıb.

13:00 / 13.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 2741
Bu ay: 365941
Ümumi: 13855557
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın