/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Futbol azarkeşləri arasında dava düşdü

Şriftin ölçüsü:  11px13px15px17px

Futbol üzrə «Avropa-2016» çempionatının keçirildiyi Fransada azarkeşlər arasında toqquşmalar baş verib. Marsel şəhərində azarkeşlərlə polis arasında toqquşmalarda yaralananlar var. Şəhərin bir neçə rayonunda baş verən qarşıdurmalarda 200-dən çox insan iştirak edib. Fransanın Marsel şəhərində futbol azarkeşləri iğtişaşlar törədiblər. Polis toqquşmalarda iştirak edən 7 nəfəri saxlayıb. Onların çoxu böyük britaniya vətəndaşlarıdı. Hadisə Marselin Köhnə Liman ərazisində baş verib. Burda əsasən ingilislərin bar və kefeləri yerləşir. Əvvəlcə dava ingilis və rus azarkeşləri arasında başlayıb. Sonra onlara Fransadan olan azarkeşlər də qatılıblar. Polis onları ayırmağa çalışıb. Nəticədə inglis azarkeşləri asayiş keşikçilərinə daş və butulkalarla hücum edib. Polis gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar şəhərin digər rayonlarında qeydə alınıb. İngiltərəli azərkeşlər və yerli sakinlər arasında dava nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 3-ü azarkeş, 4 nəfəri isə polis əməkdaşlarıdır. Polisin məlumatına görə şəhərin bir neçə rayonunda baş verən iğtişaşlarda 200 nəfər iştirak edib.
Qeyd edək ki, İngiltərə və Rusiya yığmaları arasında yarış bu axşam keçiriləcək.

13:00 / 11.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 22322
Bu ay: 465165
Ümumi: 13289463
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın