/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO Ukraynaya yardım edir

Şriftin ölçüsü:  11px13px15px17px

Varşavada keçiriləcək NATO sammitində Ukraynaya yardım paketi qəbul ediləcək. «Rusiya NATO ölkələri üçün təhlükə yaratmır. Lakin alyans informasiya müharibəsinə hazırlaşır». Belə bəyanatla isə NATO-un baş katibi Yens Stoltenberq çıxış edib.
Yens Stoltenberq bəyan edib ki, NATO öz tərəfdaşlarını müdafiyə etməyə hazırdır. «Rusiyanın son bir neçə il apardığı siyasət NATO - nu yeni vəziyyətə adaptasiya olmağa məcbur edir. Buna görə də koleektiv müdafiyəni gücləndiririk. Bununla yanaşı bəyan edirik ki, Rusiya ilə münaqişənin və yeni soyuq müharibənin başlanmasını istəmirik.»- deyə baş katib bildirib.
Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib ki, Polşada NATO-nun cəmi bir batalyonu yerləşəcək. Xatırladaq ki, Polşa və Baltikyanı ölkələrdə 4 NATO batalyonun yerləşdirilməsinə dair qərar qəbul edilib.
Bu arada Varşavada keçiriləcək NATO sammitində Ukraynaya yardım paketinin qəbul olunacağı gözlənilir. Məlumatı NATO-Ukrayna əlaqələri üzrə ofisin direktoru Aleksandr Vinnikov yayıb. Bu paket NATO-nun Ukraynanın suverinliyini dəstəklədiyini rəsmən təstiqləyəcək.

17:00 / 01.06.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1528
Bu ay: 377096
Ümumi: 11359557
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın