/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO Rusiyanı hədələdi

Şriftin ölçüsü:  11px13px15px17px

Əgər Rusiya təcavüzkar siyasətini davam etdirəcəksə NATO bu ölkəyə qarşı müharibə elan edəcək. Bu barədə NATO-nun müttəfiq qüvvələrinin baş komandiri general Kurtis Skaparrotti bildirib.
NATO-nun müttəfiq qüvvələrinin baş komandanının sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq, təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.
Skaparrotti Rusiyanın təcavüzkar siyasətini hədəfə alan açıqlamasına Moskvadan cavab gəlib. Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, NATO-nun Rusiya sərhədindəki qüvvələrini artırmaq cəhdləri cavabsız qalmayacaq. İkisi ölkənin qərbində, biri cənubunda olmaqla üç yeni hərbi diviziyanın yaradıldığını deyən şoyqu məsəllənin detallarını açıqlamayıb. Bəzi mənbələrin verdiyi məlumata görə, yaxşı silahlanmış NATO qoşunlarına qarşı Rusiya sürətli köçürülə bilən kiçik mobil hərbi birliklərlə müdafiə xətti yaradıb. Müasir mexanikləşdirilmiş piyadalar, tank, panzer, zenit raketləri, topçu alayları, bir çox fərqli tabur bir-birini dəstəkləyəcək şəkildə üç sahədə yer alacaq. ABŞ-ın üçüncü divizionunu Avropada yerləşdirmə məsələsində Vaşinqtonu razı salmağa çalışacağını, beləliklə niyətinin ciddiliyini göstərəcəyini bildirən Skaparrotti, İtaliya və Almaniya da olmaqla ABŞ-ın iki batalyonunun artıq Avropada olduğunu xatırladıb.

11:00 / 17.05.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 9958
Bu ay: 371689
Ümumi: 13195987
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın