/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terrorçular geri çəkilir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada döyüşlər davam edir. Ordu qüvvələri qədim Palmira şəhərini İŞİD yaraqlılarından təmizləyiblər. Hasaka əyalətində isə terrorçu-kamikadze özünü pravoslav kilsəsinin girişində partladıb.
Terror aktı Ras-Əl Ayn şəhərində baş verib. Partlayıcı qurğu naməlum şəxs tərəfindən işə salınıb. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, terror aktı nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Onların sayı dəqiqləşdirilir. Hələbdə isə terrorçular mövqelərini gücləndirməyə başlayıblar. Yaraqlılar yaşayış məntəqələrini minaatanlardan atəşə tuturlar.
Bu arada 10 ay davam edən qanlı döyüşlərdən sonra qədim Palmira şəhəri İŞİD yaraqlılarından geri alınıb. İki min ildən artıq yaşı olan şəhər uğrunda döyüşlər 4 həftə idi ki, davam edirdi. Hücum rusiya hərbçilərinin dəstəyi ilə həyata keçirilib. Səhra gəlini adı ilə tanınan bu şəhər hər il minlərlə turistin ziyarət etdiyi tarixi yerdir. Şəhər 2015-ci ilin mayından İŞİD - in nəzarəti altında idi. Suriya ordusunun kəşfiyyat xidmətinin rəhbəri Mahmud Dip terrorçularla atışma zamanı öldürülüb. Bu barədə məlumatı suriyanın “Dorar Şam” agentliyi yayıb. Hazırda bir neçə istiqamətdə döyüşlər davam edir.

13:00 / 28.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 146
Bu ay: 361877
Ümumi: 13186175
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın