/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Amerikalılar albalı ağacının çiçək açmasını bayram edirlər

Şriftin ölçüsü:  11px13px15px17px

Hər ıl bır mılyondan çox ınsan Vaşınqton mıllı albalı çıçəyı festıvalında bır araya gəlır. Yaponıyadan hədıyyə olunan məşhur ağaclar baharın gəlışını canlı rənglərlə qeyd etməyə ımkan verır. Vaşinqtondakı, bir çox milli və tarixi abidələrin və burda yaradılmış süni gölün ətrafında, təxminən 1700 albalı ağacı var. Ağacların nə vaxt çiçək açacağı isə hava şəraitindən asılıdır. Albalı ağaclarının bu il aprel ayının əvvəlində çiçək açaçağı gözlənilirdi. Ancaq mart ayında havaların birdən-birə isinməsi vəziyyəti dəyişdi. Artıq bu gözəllikdən daha tez zövq almaq mümkündür. Beləliklə ağacların vaxtından tez çiçək açması ilə bərabər festivala da start verildi. Bura gələn amerikalılar və turistlər üçün müxtəlif əyləncələr, konsertlər təşkil edilir. Proqram bir ay ərzində davam edəcək və Yaponiyanın 1912-ci ildə Amerikaya hədiyyə etdiyi albalı ağaclarının çiçək açması və baharın gəlişi qeyd olunacaq. Aprelin 16-da isə Vaşingtonun mərkəzi küçəsində Ağ ev ətrafında böyük parad keçirilərək. Bununla da festival yekunlaşacaq. Vaşingtonda kifayət qədər böyük turist axınına səbəb olan bu mənzərəini yaxın 10 gün ərzində görmək mümkündür. Sərin və küləksiz hava, çiçəklərin ağaclarda daha çox qalmasını təmin edir. Mulumata görə tarixdə bu albalı ağacları ən tez 15 mart 1990-cı ildə, ən gec isə 18 aprel 1958-ci ildə çiçək açıb. Aytən Məmmədli

13:00 / 28.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 38
Bu gün: 22806
Bu ay: 128078
Ümumi: 14262439
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın