/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Terror aktları törədilib

Şriftin ölçüsü:  11px13px15px17px

Yəməndə silsilə terror aktları nəticəsində azı 27 nəfər ölüb. İraqın paytaxtı Bağdadda isə futbol stadionunda baş vermiş partlayış nəticəsində azı 30 nəfər həlak olub. Hər iki terror aktına görə məsuliyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Yəmənin ədən şəhərində silsilə terror aktları törədilib. Üç ardıcıl partlayış nəticəsində azı 27 nəfər ölüb. Terrorçular nəzarət-keçid məntəqəsində minalanmış iki avtomobili partladıblar. Eyni anda şəhərin mərkəzində təcili tibbi yardım maşınında quraşdırılmış partlayıcı işə salınıb. Terror aktlarına görə məsuliyyəti işid terror qruplaşması öz üzərinə götürüb. İraqın paytaxtı Bağdad yaxınlığında da güclü partlayış baş verib. Nəticədə 30 nəfər ölüb. 65 -i yaralanıb. İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib. O özünü tribunada azarkeşlərin arasında partladıb. Bu arada İraq - Suriya sərhədinin yaxınlığında yerləşən sincar şəhəri ərazisində iki yaşayış məntəqəsi işid yaraqlılarından azad edilib. Hərbçilər um Əl-Diban və Um Curais rayonlarına nəzarəti ələ keçirə biliblər. Bununla da terrorçuların əsas təchizat yolu kəsilib. Sincar İŞİD tərəfindən ötən ilin avqustunda ələ keçirilmişdi. Suriyada işid terror qruplaşmasının nüfuzlu liderlərindən biri, təşkilatın «İkinci adamı» hesab edilən Əbd Əl-Rəhmən Mustafa Əl-Qaduli öldürülüb. Pentaqon rəhbəri Eşton Karter və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford faktı təsdiqləyiblər. Əl-Qadulinin başına 10 milyon dollar pul kəsilmişdi. Onun yeri barədə məlumat verənə isə 7 milyon dollar vəd edilmişdi. Əfqanıstanın paytaxtı Kabildə də güclü partlayış baş verib. Hadisə paytaxtın diplomatik məhəlləsində qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.

13:00 / 26.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 394
Bu ay: 362125
Ümumi: 13186423
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın