/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya və ABŞ yaxınlaşır?

Şriftin ölçüsü:  11px13px15px17px

Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş 4 saat davam edib. Görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edib. Tərəflər jurnalistlərin iştiraki ilə bir neçə məsələni müzakirə ediblər. Suriya münaqişəsi, Ukraynadaki vəziyyət və iki ölkə arasında münasibətlərin inkişafı danışıqların mövzusu olub. Daha sonra görüş qapalı keçirilib. ABŞ-ın dövlət katibi Con Kerri Moskva və Vaşinqtonun Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Con Kerri amerikalı diplomatın Moskvaya gətirdiyi qırmızı çanta ilə bağlı zarafatlaşıblar. Putin Kerrinin çantasında nəsə qiymətli bir əşyanın, məsələn, Rusiya ilə ticarət üçün pulun ola biləcəyini deyərək ona sataşıb. Dövlət katibi isə Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini deyib və bunun xoş bir sürpriz olduğunu əlavə edib. Danışıqlardan sonra Lavrov və Kerri sualları cavablandırmaq üçün jurnalistlərin qarşısına çıxıblar. Kerri Rusiya üzərindən sanksiyaların götürülməsi şərtlərini açıqlayıb. Rusiyanın xarici işlər naziri isə bildirib ki, Suriyadaki münaqişəni həll etmək üçün tərəflər Cenevrə konvensiyasına əməl etməlidirlər.

13:00 / 25.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 2152
Bu ay: 151893
Ümumi: 14286254
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın