/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Əfv sərəncamı alqışlanır

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ, Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını alqışlayıb. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. “Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə bəyanatda qeyd olunur. ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva və qurumun demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santos Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə 148 nəfərin azadlığa buraxılmasını alqışlayıblar. Biz Azərbaycanın ATƏT çərçivəsində öhdəliklərinin daha da uğurla yerinə yetirməsi üçün təşviq edəcəyik və ümid edirəm ki, Azərbaycanla konstruktiv dialoq gələcəkdə də davam etdiriləcək”,- deyə prezident Kanerva vurğulayıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamını alqışlayıb. Bu barədə Avropa İttifaqının mətbuat xidmətinin məlumatında bildirilir. Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə aralarında siyasi partiya və qeyri hökümət təşkilatlarının nümayəndələri, həmçinin jurnalistlərin olduğu 148 nəfəri əfv edib. «Bu müsbət addımdır, bu məsələ mənim fevralın 29-da Azərbaycana səfərim zamanı müzakirə olunub", - deyə Moqerininin bəyanatında bildirilir. O, həmçinin qeyd edib ki, "Müstəqil və rəngarəng vətəndaş cəmiyyəti ölkənin rifahı və onun stabilliyi üçün mühüm töhfədir".

13:00 / 18.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 40
Bu gün: 8065
Bu ay: 298050
Ümumi: 14432411
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın