/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Merkel uduzdu

Şriftin ölçüsü:  11px13px15px17px

Avropada miqrant böhranı davam edir. Yunanistan - Makedoniya sərhədində yerləşən idemoni şəhərində vəziyyət gərgin olaraq qalır. Makedoniya hökümətinin sərhədi bağlamasına etiraz edən miqrantlar etiraz aksiyası keçiriblər.
Aksiyada Yunanıstandan Avropaya keçmək istəyən suriyalı qaçqınlar iştirak edib. Qatar relsi üzərində uzanan azyaşlı müharibə qurbanları “sərhədləri açın” şüarı səsləndiriblər. Ağır şəraitdə yaşayan düşərgənin digər sakinləri relslərin üzərinə oturaraq, əllərində “Biz tədricən ölürük” “İnsan həyatı pasportdan daha vacibdir” kimi plakatlar tutubla. Və rəsmi Skopyadan sərhədi açmağı tələb ediblər.
Yunanıstan - Makedoniya sərhəddindəki İdomeni qəsəbəsindəki qaçqınların ağırı durumu nəzərə alınaraq, daha iki düşərgə salınıb. Həmin düşərgələrdə 3 min adam yerləşdirilib. Daha bir düşərgənin qurulduğu bildirilr. Hazırda ərazidə 15 minə yaxın qaçqın toplaşıb. Bu arada Almaniyanın 3 əyalətində yerli parlamentlərə seçki keçirilib. Seçkilərdə Angela Merkelin başçılıq etdiyi Xristian-Demokrat İttifaqı məğlub olub. Səsverməni antimiqrant proqramı ilə seçilən "Alternativ Almaniya” partiyası qazanıb. Seçkilərdə kanslerin məğlubiyyəti onun miqrantlara qarşı mülayim siyasəti ilə əlaqələndirilir. Qeyd edək ki, 2015-ci ildə bir milyondan çox miqrant və qaçqın Almaniyaya gəlib.

13:00 / 14.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 5129
Bu ay: 88937
Ümumi: 17803108
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın