/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiyadan Türkiyəyə kamikadze gəlib

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə polisi Rusiyadan gələn və canlı bomba olduğu güman edilən 18 yaşlı qızı axtarır. Avropa xüsusi xidmət orqanları isə İŞİD terror qruplaşmasından ələ keçirilən on minlərlə sənədi yoxlayır. Bu sənədlərin arasında terroçular haqda şəxsi məlumatların olduğu bildirilir. Britaniyanın “Sky news” xəbər agentliyi informasiyanın İŞİD sıralarından fərarilik edən şəxsdən alındığını bildirib. O, türkiyəli jurnalistə yaddaş kartını İslam dövləti qrupunun daxili təhlükəsizlik xidmətinin rəhbərindən oğurladığını deyib. Fayllarda qrupun 22 min üzvü barədə məlumatın olduğu güman edilir. Almaiyanın daxili işlər naziri bu sənədlərin, yaraqlıların yerdəyişməsini izləməyə imkan verdiyini deyib. Sənədlər onları mühakimə etməyə də kömək edəcək.
Fayllarda 51 ölkədən cihadçılar barədə məlumatın olduğu bildirilir. Bu məlumatlara həmçinin İŞİD-ə qoşulmaq istəyənlərin terrorçu qrupa üzv olmaq üçün cavablandırmalı olduğu 23 sual daxildir. Britaniyanın “Mı-6” məxfi kəşfiyyat xidmətinin rəhbəri Riçard Barret oğurlanan İŞİD sənədlərini “Böyük əhəmiyyət daşıyan məlumatla dolu qızıl mədəni" adlandırıb. Fayllar həqiqidirsə, onlar potensial terrorçuları, onları dəstəkləyən şəbəkələri müəyyən etməyə yardım edə bilər. Sənədlər özünü Əbu Həmid adlandrıan şəxs tərəfindən təqdim olunub. O əvvəllər Azad Suriya Ordusunun üzvü olub. Sonradan İŞİD tərəfə keçib. Ən sonda isə o, terrorçu qrupdan da üz döndərib. Buna səbəb kimi qrupun İslam dəyərlərindən uzaqlaşmasını qeyd edib. Sənədləri görənlər fayllarda İŞİD-ə qoşulan şəxslər, onların tərəfdarları, telefon nömrələri, ünvanları, xüsusi bacarıqları barədə məlumatların olduğunu bildirir. Qrupa qoşulmaq istəyənlərdən ailə vəziyyəti, qan qrupu, təhsil səviyyəsi, habelə “cihad təcrübəsi” və gələcəkdə döyüşcü və ya intiharçı olmaq istədiyi barədə məlumat tələb olunur. Türkiyə polisi Rusiyadan olan potensial “canlı bomba”-nın axtarışına başlayıb. 18 yaşlı qızın adı bir çox terror hadisələrində hallanır. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu məlumdur. Dağıstan sakini Kristina Tixonova fevralın 18-də Moskvadan İstanbula gəlib. Bu zaman dostlarına "Cənnətə düşmək üçün özümü partlatmaq istəyirəm" deyib.

13:00 / 11.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 2078
Bu ay: 165353
Ümumi: 18363513
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın