/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkmənlərə qarşı kimyəvi silahdan istifadə edilib

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD terror qruplaşması növbəti dəfə kimyəvi silahdan istifadə edib. Bu barədə Kərkük şəhərinin meri məlumat verib. Mer Kərkükün qəsəbələrindən birində kimyəvi silahdan istifadə olunduğunu iddia edib.
Faktı təsdiq edən İraq türkmən cəbhəsinin sədr müavini Həsən Turan əsasən türkmənlərin yaşadığı tazahrumatu qəsəbəsində Xardal qazından istifadə olunduğunu deyib. Qeyd edək ki, qəsəbə İŞİD terrorçularının intensiv hücumlarına məruz qalıb. Şəhər meri jurnalistlərə açıqlamasında hücumdan sonra çoxlu sayda yerli sakinin xəstəxanaya aparıldığını bildirib. Həsən Turan isə keçirdiyi mətbuat konfransında qəsəbə sakinlərinin ciddi təhlükə ilə üz-üzə olduğunu deyib.
Bu arada ABŞ xüsusi təyinatlıları İŞİD terror qruplaşması üçün kimyəvi silahın hazırlanması üzrə aparıcı mütəxəssi yaxalayıb. Süleyman Daud Əl-Əfri İraqın şimalında keçirilən əməliyyat zamanı tutulub. Məlumata əsasən, vaxtilə Səddam Hüseynə işləyən Əl-Əfri İŞİD üçün kimyəvi və bioloji silahın hazırlanması üzərində işləyib.

13:00 / 10.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 5267
Bu ay: 89075
Ümumi: 17803246
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın