
Birləşmiş Ştatlarda keçirilən prezidentliyə namizədlərin növbəti ilkin seçimlərində hər iki partiyanın liderləri müəyyən olunub. Respublikaçılar arasından Donald Tramp yenə öndə gedir. Demokratlardan isə son zamanlar məhşurlaşan berni sanders hillari klintondan üstün olub.
Donald Tramp Miçiqan və Missisipidə keçirilən praymerizlərdən qalib ayrılmağı bacarıb. Məlumata görə, Tramp 37 faiz səs toplayıb. Sonrakı yerlərdə 25 faiz səslə Con Keysiki və 22 faizlə Ted Kruz qərarlaşıb. Bu arada Respublikaçılar Partiyasının 70-dən cox tannımış üzvü Trampın prezident seçkilərində iştirakına etiraz ediblər. Onlar Trampın ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına ata biləcəyindən narahatdırlar.
Donald Tramp isə cıxış edərək Respublikaçılar Partiyasının onun hesabına məhşurlaşdığını bəyan edib.
Demokratlar Partiyasına gəlincə, sabiq dövlət katibi Hillari Klintonla senator Berni Sandersin mübarizəsi davam edir. Miçiqanda keçirilən praymerizin nəticəsində Berni qalib gəlib. Hillari Klinton isə Missisipidə öz həmkarından üstün olub.
13:00 / 09.03.2016