/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya fikrini dəyişib?

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya regiondakı ən böyük müttəfiqi olan İrana “S - 300” raket kompleksini satmaq fikrindən daşınıb. İddiaya görə, rusiya Tehran rəhbərliyinin "Hizbullah"-a silah verə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb.
Bu xəbər Küveytin "Əl Ceridə" qəzetində yer alıb. Qəzet Rusiya prezidentinin İrana raket sistemini transfer qərarını ləğv etdiyini iddia edib. Bu məsələdə İsrailin də rolu olduğu qeyd edilib. Belə ki, Rusiya və İranın Suriyaya göndərdiyi müasir silahların "Hizbullah"-ın əlinə keçə biləcəyindən narahatlığını dilə gətirən baş nazir Benyamin Netanyahu bir neçə gün əvvəl açıqlama verib. Və bildirib ki, İsrail İranın Suriya üzərindən Livandakı "Hizbullah"-a müasir silahlar göndərməsinə göz yuma bilməz.
Rusiya və İran 2007-ci ildə 800 milyon dollar dəyərində “S-300” komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010-cu ildə Birləşmiş Millətlər Təşilatı Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalarından sonra Rusiya bu ölkəyə “S-300” kompleksinin satışını dayandırıb. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Tehran Rusiyadan silah satışına dair müqavilənin şərtlərini pozduğu üçün 4 milyard dollar təzminat tələb edirdi.

13:00 / 07.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 15762
Bu ay: 353272
Ümumi: 13177570
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın