/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Moskvada retro avtomobillərin sərgisi keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Xüsusi təyinatlı qaraj: Moskvada unkal avtomobillərin təqdim edidliyi ekspozisiyanı təşkilatçlılar belə adlandlrıblar. Sonuncu rus imperatoru, kommunist liderləri və müasir Rusiya rəhbərliyinin də avtomobillərinin sərgiləndiyi şouda Rusiyadakı xüsusi müxbirimiz Anar Həsənov olub.
Qara rəng, xrom, gülləkeçirməz təbəqə…Vladimir Lenin ömrünün sonuna qədər bu «Rols roys»-da gəzib. İosif Stalin isə hakimiyyətinin ilk illərində ABŞ ın istehsalı olan «Linkoln» və «Pakkardlar» müşaiyyət edib. Sonradan Sovet liderinin zövqünü oxşamaq üçün yerli istehsalçılar ilk limuzuni istehsal edirlər: «Zis-101» Stalin bu avtomobili o qədər bəyinir ki, «ZİS»-lərin istehasına qərar verir. Sərginin ən unikal avtomobili isə «ZİS 111»- dir. Leonid Brejnevə edilmiş uğursuz sui qəsd zamanı məhz bu avtomobil atəşə tutulub. 1969-cu ildə da baş verən hadisə zamanı cinayətkar baş katibin avtomobilini səhv salaraq kosmonavt Aleksey Leonovun əyləşdiyi bu avtomobilə atəş açıb.
Bu isə rusiya prezidenti Vladimir Putini müşaiyyət edən kortejdir. Onu bir neçə günlük sərgiyə gətiriblər. Dünyada ancaq ABŞ və Rusiya prezidentlərinin kortejləri hansı ölkədə olmağlarından aslı olmayaraq birinci şəxsləri müşaiyyət edir. Başqa sözlə, Putin hansı ölkəyə gedirsə, deməli ayrıca təyyarə ilə kortejə daxil olan avtomobillərdə həmin ölkəyə aparılır. Linkoln zepfirdən isə dünyada bir neçə, Rusiyada isə birdənədir. 1939-cu ilin istehsalı olan bu göz qamaşdırıcı avtomobili sahibi 200 min ABŞ dollarına satır. Həqiqətən də onun yanından keçərkən ayaq saxlamaya bilmirsən. Onun salonunda oturmaq isə hər kəsə nəsib olmur.
Bu avtomobil çox sürətli gediş üçün deyil, o əslində şou üçündür. Ön şüşəsinin uzun və dar olması saatda 80 kilometrdən sürətli gedən zaman təhlükə yarada bilər. Bu qara cazibədar avtomobil isə sərginin ən xarizmatik nüsxəsidir. «Şevrolet impala» 1970- ci ildə istehsal edilib. 60 ci illərdə bu avtomobil ABŞ da ən çox satılan modellərdən olub. Elə o zaman olduğu kimi indi də xarizmatik və aqressiv dizaynlı qara maşın daha iddialı şəxslər üçün gözəl seçimdir.
Sərgi martın 9-na qədər davam edəcək.

Anar Həsənov

13:00 / 07.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9470
Bu ay: 286482
Ümumi: 20721747
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın