
Rusiyanın Ukraynadakı səfirliyi hücuma məruz qalıb. Aksiya iştirakçıları səfirliyin binası yaxınlığına gələrək, diplomatik korpusa məxsus avtomobillərə zərər yetiriblər.
Rusiya səfirliyi qarşısında toplaşan aksiyaçılar ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsini tələb ediblər. Onlar səfirliyin binasını yumurta atəşinə tutublar. Həmçinin darvazaya Vladimir Putinin mulyajını asıblar. Binanın üzərində isə Ukraynanın bayrağı asılıb. Rusiyada keçiriliən məhkəməyə etiraz aksiyası Kiyevin müstəqillik meydanında və ölkənin diqər şəhərlərində də keçirilib.
Qeyd edək ki, Savçenko artıq bir il 8 aydır ki, Rusiya həbsxanaların birində saxlanılır. O üç maaddə üzrə ittihami edilir. İttihamlar arasında rusiyalı jürnalistlərin qətli də var. Prokurorluq Nadejda Savçenkonun 23 il müddətində azadlıqdan məhrum edilməsini tələb edir.
ABŞ Dövlət Departamenti və ATƏT də Moskvanı Savçenkonu azad etməyə çağırıblar. Ukraynanın xarici işlər naziri Pavel Klimkin və baş nazir Arseniy Yatsenyuk dinc aksiyaları dəstəklədikklərini bəyan ediblər.
Artıq rəsmi Moskva insidentlə bağlı Kiyevə nota göndərib. Moskvada isə Ukrayna səfirliyinin qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Kiyevdə Rusiya səfirliyinə edilən hücumu pisləyiblər.
13:00 / 07.03.2016