/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriya işıqsız qalıb

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada minalanmış avtomobilin partladılması nəticəsində 18 nəfər ölüb. Çoxlu sayda insan yaralanıb. Suriyanın Enerqetika Nazirliyi isə ölkə ərazisində elektrik enerjisinin verilməsinin dayandırılması barədə xəbər yayıb. Suriyanın Əl-Kuneytra vilayyətində avtomobilin partladılması nəticəsində azı 18 nəfər həyatını itirib. Qeyd edək ki. Bu, vilayyətdə son sutka ərzində partladılan ikinci avtomobildir. Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Partlayış nəticəsində həmçinin bir neçə binaya ziyan dəyib. Hadisədən sonra müxəlifət Suriya hökümətini atəşkəsin pozulmasında ittiham edib. Suriyanın bütün ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb. Məlumatı ölkənin Enerqetika Nazirliyi yayıb. Qəzanın səbəbləri artıq məlumdur və təmir işləri aparılır. Elektrik enerjisinin verilməsinin yaxın vaxtlarda bərpa olunacağı gözlənilir. Bu arada Böyük Britanyanın baş naziri Devid Kemeron, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Fransua Olland Suriya münaqişəsini müzakirə etməyə hazırlaşırlar. Məlumatı Devid Kemeronun dəftərxanası yayıb.

19:00 / 03.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 16494
Bu ay: 354004
Ümumi: 13178302
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın