/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Pxenyana qarşı sərt sanksiyalar qəbul edilib

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı son 20 ildə ən sərt sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib. Şura üzvləri Pxenyana qarşı qərarda yekdil olublar. Təhlükəsizlik Şurasının qətnaməsində yer almış yeni sanksiyalarda, Şimali Koreyaya dənizdən və ya havadan daxil olan və çıxan bütün yüklərin məcburi qaydada yoxlanılması, Pxenyana silahların satılması və təchizatının qadağan edilməsi, qanunsuz fəaliyyətlə məşğul olan şimali koreyalı diplomatlarının qovulması, hərbi aviasiyanın yanacaq təchizatının kəsilməsi və digər tətbirləri nəzərdə tutulub. Qəbul olunmuş sənədə görə, həmçinin Şimali Koreyanın qızıl, dəmir filiz, titan və digər təbii resurslarının satışı ilə bağlı beynəlxalq maliyyə əməliyyatları qadağan edilib. “Waşinqton post” qəzetinin məlumatına görə, ABS rəsmiləri bu qətnamə layihəsini hələ 3 il əvvəl, Şimali Koreya nüvə sınağı keçirən zaman hazırlayıblar. Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Li Su Yon BMT İnsan Haqları Şurasının martın 14-də keçiriləcək iclasında iştirak etməyəcəyini bəyan edib. Si Yon beynəlxalq qərarların heç bir zaman ölkəsinə məhdudiyyət qoya bilməyəcəyini, qəbul edilən qərarların ikili standanrtdan irəli gəldiyini qeyd edib. Bu arada Şimali Koreya Yaxın məsafəli bir neçə raket buraxılışını həyata keçirib. Bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, raketlər Yapon dənizi istiqamətində atılıb. Rəsmi Tokionun nümayəndəsi Yosixide Suqa isə bildirib ki, raketin buraxılması Yaoniya üçün təhlükə yaratmayıb. Məlumata görə, rəsmi Pxenyaınn bu addımı BMT-nın Şimali Koreyaya qarşı qəbul etdiyi sanksiyalara cavab olub.

13:00 / 03.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 861
Bu ay: 371960
Ümumi: 12550347
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın