
Moskvada 4 yaşlı uşağı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən dayə həbs olunub. Onun həyat yoldaşı axtarışa verilib, oğlu isə sorğu - sual edilmək üçün saxlanılıb. Dəhşətli cinayəti törədən Bobokulovanın atası 62 yaşlı Bahrəddin Turayev qızının əməlinə görə üzr istəyib.
Özbəkistan vətəndaşı, 1978-ci il təvəllüdlü Gülçöhrə Bobokulova məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs olunub. Məhkəmə Bobokulova üzərində psixoloji ekspertizanın keçirilməsi haqqında qərar çıxarıb. Hüquq-mühafizə orqanları isə Gülçöhrənin həyat yoldaşını axtarır. Onun bu cinayətlə əlaqəsi araşdırılır. Məhkəmə zalında çəkiliş aparan media təmsilçilərinin “4 yaşlı uşağı niyə öldürdün” sualına bobokulova “Allah əmr etdi” cavabını verib. 15 ilir ruhi-əsəb dispanserində uçotda olduğu aşkarlanan Gülçöhrə şizofreniyadan əziyyət çəkir. O, ."Həbs vecimə də deyil. Mən Allahın buyurduğunu etmişəm", - deyib.
Gülçöhrə Bobokulovanın atası 62 yaşlı Bahrəddin Turayev qızının əməlinə görə üzr istəyib. Bu barədə Turayev müsahibəsində bildirib. “Biz böyük ailəyik, mənim 6 qızım, 19 nəvəm və 1 nəticəm var. Onun bu əməli hamımızı dəhşətə gətirib! Əgər bağışlamaq mümkündürsə, onu, bizim hamımızı bağışlayın. Uşaqlar ağlayırlar, anası isə yatağa düşüb. Mən istəməzdim, ki, bu baş versin”, - deyə Turayev bildirib. O, Moskvadakı dəhşətli qətldən sonra Bobokulovanın 19 yaşlı böyük oğlu Rahmatillonun Özbəkistanda saxlanıldığını deyib. Xatırladaq ki, Gülçöhrə Bobokulova məhkəmədə bu cinayətə çoxdan hazırlaşdığını bildirib. “Uşağın valideynlərindən üzr istəmək niyyətinin olub-olmamasına dair suala isə, bunu Allahdan başqa heç kimin qarşısında etməyəcəyini söyləyib.
13:00 / 03.03.2016