/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Kaledə qarşıdurma

Şriftin ölçüsü:  11px13px15px17px

Yunanıstan və Makedoniya arasında sərhəd manelərini qırmağa çalışan miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Fransanını Kale şəhərindəki qaçqın düşərgəsinin sökülməsi zamanı da miqrantlar və polis arasında qarşıdurma yaşanıb.
Yunanıstan - Makedoniya sərhədində yüzlərlə miqrant iki ölkə arasında olan manələri qırmağa çalışıblar. Makedoniya sərhədinin açılması barədə şayələri eşidən miqrantlar tələsik ölkə ərazisinə daxil olmağa çalışıblar. Hasarın söküldüyünü görən Makedoniya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Hazırda Yunansıtanın Makedoniya ilə sərhədində 8 minə yaxın miqrant toplaşıb. Onların çoxu Əfqanıstan vətəndaşıdır.
Makedoniya hökümətinin ölkə sərhədlərini bağlamasına baxmayaraq Yunanıstana gələn miqrantların sayı azalmır. Təkcə son bir sutka ərzində Yunanıtstanın Pirey limanına 2 min miqrant gəlib. Bu gün daha bir gəmi miqrantları adalardan Pirey limanına gətirəcək. Makedoniya sərhədinin bağlı olması səbəbindən Yunanıstanda ümumilikdə 25 mindən çox miqrant toplaşıb.
Fransanın Kale şəhərinin yaxınlığında yerləşən düşərgədən miqrantların dinc yolla köçürülməsi uğursuzluğla nəticələnib. Kaledə yaşayan miqrantlar polis və hümanitar təşkilatların nümayəndələrinə daşla hücum ediblər. Və 20 çadırı yandırıblar. Bu arada İtaliyaya ilk leqal miqrantlar çatıb. Qaçqınlar üçün təhlükəsiz dəhlizlərin yaradılması proqramı çərçivəsində Roma hava limanına 93 miqrant gəlib. 24 suriyalı ailə Livanda yerləşən qaçqınlar düşərqəsindən gətirilib. Proqram qaçqınlar üçün təhlükəsiz səyəhəti təmin etməklə yanaşı, miqrantların qeyri - leqal daşınması ilə mübarizəyə yönəldilib. Proqram İtaliya höküməti və bir çox dini və humanitar təşkilatlar tərəfindən reallaşdırılır. İtaliyaya gələn miqrantlar interqrasiya kursu keçəndən sonra ölkənin müxtəlif şəhərlərində yerləşdiriləcəklər. Qeyd edək ki, proqram cəmi min miqrantın ölkəyə gətirilməsini nəzərdə tutur.

13:00 / 01.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 13245
Bu ay: 241088
Ümumi: 18439248
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın