/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Seçkilərin rəsmi nəticələri açıqlanıb

Şriftin ölçüsü:  11px13px15px17px

İranda parlament seçkilərinin rəsmi nəticələri elan olunub. Sosial azadlıqların genişləndirilməsi və qərblə əlaqələrin möhkəmlənməsini istəyən islahatçılar və prezident Həsən Ruhaninin tərəfdarları, ümumilikdə 85 mandat əldə ediblər.
Mötədil mühafizəkarlar məclisdə 73 yer qazanıblar. Nüvə sazişinə qarşı çıxan radikallar isə 68 yer əldə ediblər. 5 yer dini azlıqlara veriləcək. Qalan 59 yerin sahibləri isə aprel ayında keçirilməsi gözlənilən ikinci turda müəyyənləşəcək.
Prezident Həsən Ruhaninin müttəfiqləri olan islahatçılar həm də İranın ali dini liderini seçən Dini Ekspertlər Şurasındakı yerlərin 59 faizini qazanıblar. Prezident Ruhani və sabiq dövlət başçısı Rəfsəncani başda olmaqla, 52 islahatçı 88-üzvü olan dini ekspertlər şurasına keçiblər. Altılıq ölkələri ilə İran arasında tarixi nüvə sazişini dəstəkləyən islahatçı və mötədil namizədlər qatı mühafizəkarları üstələyərək, parlamentdəki əsas yerləri tutublar. Seçkinin nəticələri Tehran sakinləri arasında fərqli reaksiyalara səbəb olub.

13:00 / 01.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 169
Bu ay: 361900
Ümumi: 13186198
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın