/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İranda parlament seçkiləri keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

İranda parlament seçkiləri başa çatıb. İran vətəndaşları seçki məntəqələrinə gələrək, parlamentin 290 deputatını, ekspertlər şürasına isə 88 dini alimi seçiblər. Parlament seçkiləri qərb ölkələri ilə nüvə razılaşmasının bağlanmasından və ölkənin üzərindən iqtisadi sanksiyaların aradan qaldırmasından sonra ilk seçkilərdi. Ölkədə səsvermə məntəqələri səhər saat 8-dən açılıb. Seçkilərdə əhalinin 70 faizinin iştirak edəcəyi gözlənilir. İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilk səs verənlərdan olub. O, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb. Ölkə prezidenti Həsən Ruhani məclisə seçkiləri müstəqilliyin rəmzi adlandırıb. Səsvermədə əsas mübarizə islahatçılar və konservatorlar arasında gedir. İslahatçılar prezident Həsən Ruhaninin siyasətini dəstəkliyiirlər. Konservatorlar isə nüvə razılaşmasının və ölkəyə xarici investisiyaların cəlb edilməsinin əleyhinə çıxış edirlər. Taınmış siyasətçilərdən olan Əli Laricani seçkilərdə müstəqil namizəd kimi iştirak edir. Artır 10 ildir ki, parlamentdə konservatorlar çoxluq təşkil edirlər. İslahat tərəfdarları vəziyyəti dəyişmək niyyətindədirlər. İranın Mədəniyyət Nazirliyinin məlumatına görə seçkiləri 500-dən çox yerli və xarici jurnalist işıqlandırıb. Təhlükəsizliyi təmin etmək üçün 250 min polis cəlb edilib.

19:00 / 26.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 14903
Bu ay: 352413
Ümumi: 13176711
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın