/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya siyasi arenada fəallaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

Son dövrlərdə Rusiyanın siyasi arenada aktivliyi bir çox məqamlarla izah olunur. Xüsusən Suriyada atəşkəslə bağlı əldə edilən razılaşma Moskvanın qələbəsi kimi qiymətləndirilir. Bəzi Qərb eksperləri hesab edir ki, əsas səbəb rəsmi Vaşinqtonun müttəfiqlərini müdafiə etməməsidir. Bu fikirlər sadəcə Barak Obama hakimiyyətinə müxalif olan qüvvələr tərəfindən deyil, həm də onun komandasındakı bir sıra diplomatlarından dilindən səsləndirilməyə başlanılıb. Amerikanın nüfuzlu “Forbs” jurnalı abş Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini, adam erelinin məqaləsini dərc edib. Məqalədə Rusiyanın Ermənistanı silahlandırdığı və bu ölkəyə durmadan hərbi qüvvə cəmləşdirdiyi, Vaşinqtonun isə səsini çıxarmadığı yazılıb. Cənab Ereli ötən ilin sonlarında Rusiyanın ermənistanla bağladığı hava hücumundan birgə müdafiə haqqında müqaviləyə diqqət çəkərək bildirir ki, Türkiyə ilə sərhəddə yerləşən bu dövlətin Rusiyanın sattelitinə çevrilməsi həm də NATO üçün ciddi təhlükə törədir. Gümrüdə yerləşən 102-ci hərbi baza Türkiyə sərhəddinin cəmi 10 kilometrliyindədir. Rusiyaya məxsus «Su-24» təyyarəsinin türk «F-16»-sı tərəfindən vurulduqda da Vaşinqton köhnə müttəfiqini dəstəkləmədi. Bu da azmış kimi rusların dəstəklədiyi suriyadakı kürd silahlıları PYD-yə yardımını davam etdirəcəyini də elan etdi ki, bu da Ankara-Vaşinqton münasibətlərinin son illərdəki ən pis səviyyəsi idi. Bu səbəbdəndir ki, hətta Suriyada əldə olunmuş atəşkəsə də Ankaradan daha ehtiyatlı reaksiya gəldi. Rəsmi Vaşinqton da atdığı bəzi addımlarla özünə qarşı Rusiya təhlükəsini neytrallaşdırmağa çalışır. Pentaqonun cari ildə Avropada hərbi xərclərini 4 dəfə artırmaq qərarı buna əyani sübutdur. Lakin, həmin qərar yalnız Ukrayna böhranı ilə bağlı yarana biləcək problemlərin qarşısını almaq üçün atılacaq və Şərqi Avropa dövlətlərini əhatə edəcək. Ancaq hazırkı şəraitdə o da aydın olmaqdadır ki, Ermənistan getdikcə Rusiyanın əlində mənfi faktora çevrilməkdədir. NATO buna göz yumsa belə Türkiyənin gələcəkdə öz dövlət maraqlarını müdafiə etmək üçün lazımi addımlar atacağını da nəzərə almalıdır.

19:00 / 25.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 812
Bu ay: 362543
Ümumi: 13186841
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın