/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Daha bir xəstəxana bombalandı

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyadakı xəstəxanalardan birinə zərbələr endirilib. Nəticədə 9 nəfər həyatını itirib. ABŞ-ın dövlət katibi Con Kerri isə bəyan edib ki, atəşkəsə riayət edilməsə, Suriyada «B planı» işə düşəcək. Rusiya təyyarələri müxalifətin nəzarəti altında olan əraziləri yenidən bombalayıb. Raketlərdən biri xəstəxənaya tuş gəlib. Nəticədə 9 dinc sakin həyatını itirib, 23 nəfər isə yaralanıb. Bu haqda Türkiyə kütləvi informasiya vasitələri məlumat yayıblar. Rusiya təyyarələri Türkiyənin Hatay əyalətindən 35 km aralıda, Hələb əyalətinin Əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.
«Ümid edirik ki, əldə olunan atəşkəs razılaşması Suriyada siyasi proseslərin əsasını formalaşdıracaq». Bunu ABŞ prezidenti Barak Obama İordaniyanın kralı II Abdulla ilə görüşdən sonra jurnalistlərə deyib. Ağ evin başçısı qeyd edib ki, fevralın 27-də qüvvəyə minəcək atəşkəslə bağlı əsasən nikbin olsa da, gözləntilər bir o qədər də yüksək deyil. Obamanın sözlərinə görə, müxalifətlə Bəşər Əsəd hökuməti atəşkəs razılığına riayət etsələr, terrorçu işid qruplaşması ilə mübarizə aktivləşə bilər.
Lakin ümumən ABŞ - da Suriyaya dair razılığın efektiv olacağına şübhə var. «Rusiya razılaşmanın şərtlərini poza bilər və bu halda ABŞ «B» planına əl atacaq». Bunu ABŞ dövlət katibi Con Kerri bildiirb. Onun sözlərinə görə Suriya parçalana da bilər. «Biz gözləməkdə davam etsək, Suriyanın bütövlüyünü qorumaq çətin olacaq» deyə Kerri bildirib. Lakin planın təfəruatları açıqlanmır.

13:00 / 25.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 4560
Bu ay: 493842
Ümumi: 15260383
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın